Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Şeytan la mübarizədə Azərbaycana təşəkkür edirəm Corc Dik

Şeytan la mübarizədə Azərbaycana təşəkkür edirəm Corc Dik

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Terrorla mübarizədə tərəfdaşlığına, eləcə də dünən Vaşinqtonda iki israilli diplomatın qətlə yetirilməsi ilə bağlı başsağlığına görə Azərbaycana təşəkkür edirəm.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

“Təəssüf ki, terror təhlükəsi yenidən baş qaldırdı. Dünən Vaşinqtonda İsrailin iki diplomatı küçədə qətlə yetirildi. Buradan bir daha onların ailələrinə, Vaşinqtondakı səfirliyimizə və diplomatik korpusumuza başsağlığı verirəm”, – səfir qeyd edib.

O, Azərbaycanın bu hadisəyə münasibətini yüksək qiymətləndirib: “Azərbaycanın burada və başqa yerlərdə terrorla mübarizədə tərəfdaşlığına, eləcə də dünən Vaşinqtonda iki israilli diplomatın qətlə yetirilməsi ilə bağlı göstərdiyi başsağlığına görə təşəkkür edirəm”.

Texnologiyanın terrorçular tərəfindən istifadəsinə də diqqət çəkən səfir deyib: “Terrorizm də texnologiya kimi inkişaf edir və daha da mürəkkəbləşir. Süni intellekt və müasir texnologiyaların vəd etdiyi imkanlar olduğu kimi, bu texnologiyalar terrorçuların əlinə keçəndə ciddi təhlükə yaradır”.

C. Dik belə tədbirlərin qlobal əməkdaşlıq üçün mühüm olduğunu vurğulayıb: “Azərbaycan və bu əhəmiyyətli konfransın təşkilatçıları hamımızı narahat edən bir mövzu ilə məşğuldurlar – cinayət yolu ilə əmlak əldə olunması və daha da önəmlisi terror təhlükəsi və onun maliyyələşdirilməsinin necə dayandırılması. Belə konfranslar bizi bir araya gətirən meydanlardır – istər ikitərəfli, istər üçtərəfli, istərsə də FATF kimi beynəlxalq təşkilatlar vasitəsilə. Biz birlikdə terrorizmin maliyyələşdirilməsini məhdudlaşdırmaq və cinayət fəaliyyəti ilə mübarizə aparmaq üçün çalışmalıyıq”.

İsrail və Azərbaycan arasında əməkdaşlığa da toxunan səfir bildirib: “Son illərdə Azərbaycanla, xüsusilə təhlükəsizlik və antiterror sahəsində ikitərəfli münasibətlərimiz daha da dərinləşib və genişlənib. Bu gün aldığımız məlumat göstərdi ki, ötən illə müqayisədə İsraildən Azərbaycana gələn turistlərin sayı iki dəfədən çox artıb”.

O, həmçinin Azərbaycanla Birgə Hökumətlərarası Komissiyanın işinə də ümidli olduğunu deyib: “Ümid edirik ki, komissiya tezliklə toplanacaq. Biz ikitərəfli ticarət və əməkdaşlığımızı texnologiya, kibertəhlükəsizlik, kənd təsərrüfatı, su, tibb və digər sahələrdə genişləndirərək yeni səviyyəyə çatdıracağıq”.

Çıxışının sonunda səfir şəxsi bir nüansı da bölüşüb: “Atam mühasib idi və Yafada ilk mühasibatlıq ofisini açmışdı. Bu mövzu mənim üçün şəxsi əhəmiyyət daşıyır. Diplomatlar və mühasiblər oxşardır – biz dünyaya baxırıq və onu yaxşılaşdırmaq istəyirik. Amma mühasiblər daha detallara fokuslanır. Bilirsiniz ki, şeytan detallarda gizlənir. Ona görə, “şeytan”la mübarizədə sizə təşəkkür edirəm. Qarşıda birgə mübarizə aparacağımız çoxlu “şeytanlar” var”.

Qeyd edək ki, Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətlə yetirilməsi diplomatların Yəhudi Muzeyində keçirilən tədbiri tərk edərkən baş verib. Güllələnən diplomatlardan biri qadın, digəri isə kişi olub. Şübhəli bilinən şəxs, 30 yaşlı Elias Rodriges saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 May 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see597

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see313

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see310

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see223

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see223

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see220

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see220

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see211

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see206

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see206

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see206

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see205

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see202

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see202

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see199

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see199

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see198

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri