Corc Rassellin “Mersedes” kabusu: “Bütün ağrıları mən çəkirəm”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mersedes”in pilotu Corc Rassell “Formula-1” mövsümünün ilk yarışlarında üzləşdiyi çətinliklərdən danışıb. Yaponiya Qran-prisində dördüncü yerlə kifayətlənən britaniyalı sürücü komanda yoldaşı Kimi Antonellinin qələbə qazanması ilə çempionatdakı liderliyini də itirib.
İdman.Biz xəbər verir ki, Rassell ardıcıl iki yarış həftəsonunda texniki problemlərlə mübarizə aparmaqdan bezdiyini gizlətməyib. O, W17 bolidinin məşqlərdəki əla performansının sıralama turlarında qəfildən itməsindən narazılığını ifadə edib.
Rassell mətbuata açıqlamasında bəxtinin gətirmədiyini və bütün texniki nasazlıqların məhz onun bolidində yaşandığını vurğulayıb:
“Hazırda elə hiss edirəm ki, son iki həftəsonunda yaranan hər bir problem mənim tərəfimdədir və bu ağrıları mən çəkirəm. Bu, sadəcə prosesin gedişatıdır, başqa bir izah verə bilmirəm. Bu mövsüm məşqlərdə heç bir problem yaşamamışıq, lakin bütün nasazlıqlar məhz sıralama turlarında məni tapır”.
Çində baş verən texniki nasazlıqdan sonra Yaponiyada da sıralama turunda ikinci olan Rassell yarışda dördüncü yerə düşüb. Bu nəticədən sonra italiyalı gənc istedad Kimi Antonelli çempionatda liderliyi ələ keçirib. Lakin Rassell hələ də nikbindir:
“Bu, sadəcə bəxt məsələsidir. Mövsümün 22 yarışından hələ üçüncüsü geridə qalıb. Heç bir narahatlığım yoxdur, qarşıda uzun bir il var. Geri qayıtmaq üçün gücümüzün olduğunu bilirəm”.
Qeyd edək ki, "Formula-1" üzrə dünya çempionatında gərgin mübarizə davam edir və "Mersedes" pilotları arasındakı rəqabət builki mövsümün əsas hadisələrindən biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 30 Mart 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















