Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Formula-1” üzrə “Red Bull” komandasının sabiq müşaviri Helmut Marko “Mercedes”in 28 yaşlı britaniyalı pilotu Corc Rassellin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz F1oversteer-ə istinadən xəbər verir ki, Marko Rassellin yenidən komandanın birinci pilotu statusunu qazanacağına və dünya çempionu olmaq imkanı əldə edəcəyinə şübhə ilə yanaşır.
“Bu, şübhəsiz ki, çox böyük və ciddi psixoloji zərbədir. Rassell artıq birinci nömrə deyil. Bu mövqeyi açıq şəkildə Andrea Kimi Antonelli tutub. Rassell aparıcı pilotlardan biri idi. Onun nə vaxtsa yenidən dünya çempionu olmaq şansı qazanacağına və ya başqa yerdə birinci nömrə statusuna yüksələcəyinə şübhə edirəm”, - deyə Marko bildirib.
2026-cı il mövsümünün 17 mərhələsindən sonra Rassell 238 xalla şəxsi hesabda ikinci yerdədir. Onun komanda yoldaşı Antonelli isə 340 xalla liderdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 22 Oktyabr 2026 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















