Icma.az
close
up
RU
Çörək 20 qəpik bahalaşdı KONKRET

Çörək 20 qəpik bahalaşdı KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər Azərbaycanda çörəyin qiymətində artım olduğu bildirilir. Qeyd olunur ki, müxtəlif şirkətlərə məxsus çörəklərin qiyməti 10-20 qəpik aralığında artıb. Oxu.Az məsələni aydınlaşdırmaq üçün paytaxtda yerləşən bir neçə market şəbəkəsində bu iddialarla bağlı araşdırma aparıb.

Araşdırmamız əsnasında məlum olub ki, marketlərdə satılan qablaşdırılmış çörəklərin qiymətində artım var. Vurğulanıb ki, məhsuldan asılı olaraq 20 qəpiyə qədər bahalaşma mövcuddur.

KONKRET.az xəbər verir ki, qiymət artımı ilə bağlı Oxu.Az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bunun səbəbi zavodların xərclərinin çoxalmasıdır:

“Dünya bazarında un və buğdanın qiymətində hansısa dəyişiklik yoxdur. Lakin istilik, daşınma, yanacaq, işıq, qaz qiymətlərində artım var. Şirkətlərin marjası (satış qiyməti ilə məhsulun maya dəyəri arasındakı fərq – red.) da məhduddur. Çörək qiymətlərini Tarif Şurası tənzimləməsə də, bu məsələ daim diqqət mərkəzindədir. Ona görə də çox marja qoya bilmirlər.

Lakin şirkətlərin xərclərinin artması qiymətlərin yüksəlməsinə səbəb olur. Həmçinin işçilərə verilən maaşlar çoxaldıqca şirkətlərin büdcəsinə təsir edir”.

Məsələ ilə bağlı şirkətlərdən birinin mövqeyini də öyrəndik.

Müəssisədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son dövrlərdə xammal, daşıma və digər xərclərdə baş verən davamlı artımlar istehsal xərclərinin də əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub:

“Məqsədimiz hər zaman yüksəkkeyfiyyətli, sağlam və gündəlik tələbatı ödəyən məhsulları istehlakçılarımıza münasib qiymətlərlə təqdim etməkdir. Mövcud iqtisadi şərtlər nəzərə alınaraq çörək çeşidlərimizdə qiymət tənzimlənməsi həyata keçirilib. Qeyd etmək istərdik ki, bu qərar uzunmüddətli təhlillər və daxili optimallaşdırma tədbirlərindən sonra qəbul edilib. Məqsədimiz qiymət artımını minimum səviyyədə saxlamaq və istehlakçılar üçün xidmətimizin keyfiyyətini və əlçatanlığını qorumaqla balanslı yanaşmanı təmin etməkdir.

Biz başa düşürük ki, qiymət dəyişiklikləri hər bir ailə büdcəsinə təsir edir. Buna görə də istehsal proseslərində səmərəliliyin artırılması, xərclərin optimallaşdırılması və alternativ təchizat imkanlarının araşdırılması istiqamətində işlərimizi davam etdiririk. Müəssisə olaraq şəffaflıq və istehlakçı məmnuniyyəti bizim üçün prioritetdir. Müştərilərimizin anlayışına və etimadına görə təşəkkür edir, keyfiyyətli məhsullarımızla xidmətinizdə olmağa davam edəcəyimizi bildiririk”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Fevral 2026 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri