Icma.az
close
up
RU
Çörək BAHALAŞACAQ? KONKRET

Çörək BAHALAŞACAQ? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qlobal buğda bazarında qiymətlər artımı davam edir.

KONKRET.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Qara dəniz regionunda hərbi gərginliyin dərinləşməsi və məhsul perspektivlərinin pisləşməsi fonunda buğda fyuçersləri ardıcıl ikinci ticarət sessiyasında bahalaşıb.

Çikaqo Əmtəə Birjasında (CBOT) ən aktiv buğda fyuçersləri təxminən 1% yüksəlib. Bazar iştirakçıları Rusiya və Ukrayna arasında davam edən qarşılıqlı hücumların dünyanın ən böyük buğda ixrac marşrutlarından biri olan Qara dəniz vasitəsilə daşınmalara risk yaratdığını qiymətləndirirlər. Nəticədə, iyul ayı ərzində buğda qiymətləri ümumilikdə 16% artıb.

“Commonwealth Bank of Australia”nın aqrar sektor üzrə iqtisadçısı Dennis Voznesenski bildirib ki, dünya buğda ixracının 25–30%-i Rusiya və Ukraynanın payına düşür. Onun sözlərinə görə, qarşıdakı məhsul yığımı mövsümündə ixrac zəncirində yarana biləcək fasilələr qlobal qiymətlər üçün mühüm dəstək amili olaraq qalır.

Qlobal bazarda baş verənlər ölkəmizdə çörəyin qiymətinə təsir edə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, son aylarda qlobal bazarda taxılın qiymətində bahalaşma var:

“Amma nəzərə alaq ki, Urkrayna-Rusiya müharibəsi başlayanda taxılın qiyməti bugünkündən xeyli baha idi. Hələ o zaman Azərbaycan höküməti müxtəlif alətlərdən- subsidiyalardan, dotasiyalardan istifadə edərək çörəyin qiymətinin bahalaşmasının qarşısını aldı.

Bu da təsadüfi deyil. Çünki taxıl strateji məhsuldur. Hökümət bu məsələdə çox həssasdır. Ona görə də indiki qiymət artımı müqabilində daxili bazarda çörəyin qiymətinin qalxma ehtimalı yoxdur. Zərurət yaranacağı təqdirdə hökümət yenə də məsələyə müdaxilə edə və vəziyyəti sabitləşdirə bilər.

Bundan əlavə, çörəyin qiyməti o zaman bahalaşa bilər ki, qlobal bazarda ərzaqlıq buğda sürətlə və dayanıqlı şəkildə bahalaşsın. İndiki vəziyyətdə belə bir ehtimal yoxdur. Çünki bu aydan başlayaraq dünyanın iri taxılçılıq ölkələrində ərzaqlıq buğdanın tədarükünə başlanır. Yeni məhsul bazara çıxandan sonra da qiymətlər ən azından sabitləşəcək və bəlkə də müəyyən ucuzlaşma olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 İyul 2026 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri