Icma.az
close
up
RU
Çörək boyda bu raket Avropanı Putindən qoruyacaq FOTO

Çörək boyda bu raket Avropanı Putindən qoruyacaq FOTO

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Estoniya Rusiyadan müdafiə olunmaq üçün kiçik ölçülü raket hazırlayıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Estoniyada yerləşən müdafiə şirkəti “Frankenburg Technologies” Avropada Rusiya təhdidinə qarşı durmaq üçün hazırlanmış yeni müdafiə sistemini təqdim edib.

Şirkətin baş meneceri Kusti Salm "Mark 1" adlandırılan mini raketin miqyaslı modelini təqdim edib. O, çörək boyda və ortalama bir insan qolundan daha qısa raketlə bağlı “silah istehsal etdiyimiz üçün üzr istəmirik” söyləyib.

Təxminən 65 santimetr uzunluğundakı raketin köpük modelini əlində tutan Salm əlavə edib:

“Biz bu silahları Rusiyanın uzaqmənzilli pilotsuz uçuş aparatlarını (PUA) vurmaq üçün istehsal edirik. Bu raketin növbəti beş-on ildə Qərb dünyasında ən çox ehtiyac duyulan müdafiə qabiliyyəti olacağına görə üzr istəmirik”.

Salm Qərb müdafiə sistemlərində istifadə edilən raketlərin tez-tez "mükəmməl" hesab edildiyini, lakin bu mükəmməlliyin qiyməti artırdığını qeyd edərək, "Mark 1"in əlverişli olmasını istədiklərini bildirib.

Britaniyanın "Telegraph" qəzeti raketi “Avropanı Putindən qoruyacaq” silah kimi təqdim edib.

Təxminən 2 kilometr mənzilli raket 90% vurma nisbəti ilə hədəfə alınsa da, lakin hazırda vurma nisbəti 65%-dir. Raketin qiyməti açıqlanmasa da, mövcud hava hücumundan müdafiə sistemlərindən təxminən 10 dəfə ucuz olduğu bildirilib.

Qəzet yazır ki, Avropa və ABŞ-dəki müdafiə laboratoriyaları ucuz və effektiv kiçik raket sistemləri hazırlamaq üçün intensiv işləyir. Bu kiçik raket təşəbbüslərinin əsas məqsədi Rusiyanın Ukraynada müharibə başlatdıqdan sonra ortaya çıxan dron problemini ölkələri müflis etmədən həll yolu tapmaqdır.

Qeyd edək ki, NATO 9 sentyabrda Polşa sərhədini keçən 20 Rusiya dronunu ələ keçirmək üçün F-16 qırıcı təyyarələrini havaya qaldırıb. Lakin istifadə edilən raketlərin qiyməti 500.000 funt sterlinqə başa gəlsə də, hədəflərini dəqiq yerinə yetirə bilməyib.

Billurə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Noyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri