Icma.az
close
up
RU
Putindən inciyən Tramp Avropanı məyus etdi VİDEO

Putindən inciyən Tramp Avropanı məyus etdi VİDEO

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az Almaniyanın “Spiegel” jurnalına istinadən xəbər verir ki, Avropada bu addımlar qeyri-kafi sayılıb və Vaşinqtonun bütün mövcud sanksiya potensialından istifadə etməməsi məyusluq doğurub.
Hətta Trampın avropadalı müttəfiqlərin pulları hesabına 17 Patriot hava hücumundan müdafiə (HHM) sisteminin Ukraynaya verilməsi üçün Avropada yerləşdirilməsi qərarı da bu acı təəsüratı şirinləşdirə bilməyib.
“Səs-küylü bəyanata baxmayaraq, Avropa paytaxtlarının reaksiyası və Vaşinqtondakı atmosfer məyusluğu qabarıq şəkildə əks etdirir. Elan gözləniləndən daha təvazökar oldu. ABŞ prezidentinin tariflər və silah paketi ilə bağlı bəyanatı daha çox taktiki manevrə bənzəyir və hüquqi potensial - Rusiyanın bütün enerji resurslarına 500%-ə qədər rüsumların tətbiqi tələbsiz qaldı”, - nəşr vurğulayır.
“İkinci tariflər haqqında” qanun layihəsi
Donald Trampın Rusiyanın enerji resurslarını alan ölkələrdən idxala mümkün tariflər barədə bəyanatı respublikaçı senator Lindsi Qrem və demokrat senator Riçard Blümental tərəfindən hazırlanmış qanun layihəsinə istinad edir.
Bu sənəd Rusiyadan neft, qaz, uran və digər strateji resursları almağa davam edən ölkələrin mallarına 500%-ə qədər rüsumun tətbiqini nəzərdə tutur. Qanun layihəsi təkcə Moskvaya deyil, həm də onun əsas iqtisadi tərəfdaşlarına qarşı sanksiya təzyiqini genişləndirməyə yönəlib.
Qanun layihəsinin respublikaçılar arasında geniş dəstək almasına baxmayaraq, Ağ Ev Ukrayna ilə bağlı irəliləyiş olmayacağı halda “bəzi müddəaları tətbiq etməyə hazırlıq” bəyanatı ilə kifayətlənərək onun Konqresdə nəzərdən keçirilməsinə hələ başlamayıb.
50 günlük möhlət daha çox siyasi gedişdir
Münaqişənin həlli üzrə Rusiyaya verilən 50 günlük müddət bir sıra Avropa paytaxtlarında narahatlığa səbəb olub, onlar davam edən münaqişəni nəzərə alaraq bunu çox uzun vaxt və qeyri-adekvat addım kimi qiymətləndiriblər. Baltikyanı ölkələr və Polşa cəbhə xəttində vəziyyətin kritik olaraq qaldığına diqqət çəkirlər.
Trampın Ukrayna ilə bağlı siyasətində tez-tez baş verən dönüşlər ona etimadı sarsıdıb. Hava hücumundan müdafiə (HHM) təchizatında fasilədən sonra Trampın qəfil verdiyi anons Avropada “ehtiyatlı nikdinlik” reaksiyasına səbəb oldu, lakin şübhələr hələ də qalmaqdadır”, - “Politico” nəşri vurğulayır.
Moskva məmnundur
Avropada yaranmış bədbinliyə rəğmən, Rusiyada reaksiya daha sakit olub. Valyuta hərracları hadisələrə rublun bahalaşması ilə cavab verib - investorlar fasiləni Rusiya üçün qazanc fürsəti kimi qiymətləndiriblər. Bununla belə, Moskva Qərbin tətbiq etdiyi bütün məhdudiyyətlərin qanunsuz olmasında və onlarınvtamamilə ləğvində israrlıdır.
Eyni zamanda, Vladimir Putin açıq bəyanatlarında, o cümlədən Donald Trampla son təmaslarında Rusiyanın dialoqdan imtina etmədiyini və hələ də münaqişənin həllinin diplomatik yollarını nəzərdən keçirdiyini təkrarlayıb. Lakin o, Moskvanın Ukrayna ilə bağlı məsələlərdə məqsədlərinin dəyişməz qaldığını iddia edir.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://azvision.az
archiveBu xəbər 15 İyul 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri