Çörək daşıyan maşın motosiklet sürücüsünü keçiddə vurub öldürdü ANBAAN VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Yük maşını piyada keçidindən keçmək istəyən motosikletlini vurub. Avtosfer.az xəbər verir ki, Türkiyənin Dənizli şəhərində baş verən hadisə kameralara düşüb. Belə ki, 52 yaşlı Məhəmməd Aydın idarə etdiyi motosikletlə yolun birinci hissəsindən piyadalar üçün nəzərdə tutulan keçiddən keçib. Lakin yolun ikinci hissəsində piyadalar üçün işıqforun qırmızı işığı yanıb. Buna diqqət etməyən motosiklet sürücüsü keçiddən keçmək istəyərkən yüksək sürətlə idarə olunun 20-BK-359 nömrə nişanlı çörək daşıyan yük maşını onu vurub. Zərbənin təsirindən asfalta çırpılan 52 yaşlı sürücü metrlərlə sürüklənib.
Qəza nəticəsində Məhəmməd Aydın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Polis yük maşınının sürücüsünü saxlayıb. Faktla bağlı araşdırma aparılır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 03 Mart 2026 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















