Icma.az
close
up
RU
Sürətlə hərəkət edən maşın piyadanı keçiddə vurub öldürdü ANBAAN VİDEO

Sürətlə hərəkət edən maşın piyadanı keçiddə vurub öldürdü ANBAAN VİDEO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Baş Dövlət Yol Polisi İdarəsi piyada keçidlərində yol hərəkəti təhlükəsizliyi ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.

Qurumun yaydığı məlumatda bildirilib ki, piyada keçidləri yol hərəkəti təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edən yol sahələridir. Aparılan təhlillər göstərir ki, bu ərazilərdə baş verən yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti yol hərəkəti iştirakçılarının, xüsusilə də sürücülərin qaydalara əməl etməməsi nəticəsində baş verir və ağır nəticələrlə müşayiət olunur.

Məlumatda Bakı–Şamaxı avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınmış yol-nəqliyyat hadisəsinə də toxunularaq qeyd olunub ki, eynisəviyyəli piyada keçidlərində qəzaların əsas səbəbləri sürət həddinin aşılması, diqqətsizlik, tələskənlik və riskin düzgün qiymətləndirilməməsidir. Piyada keçidlərinə yaxınlaşan sürücülərin sürəti vaxtında azaltmaması, yol şəraitini lazımi səviyyədə müşahidə etməməsi və piyadalara üstünlük verməməsi ağır fəsadlara yol açır.

Baş DYPİ vurğulayıb ki, sürücülərin sükan arxasında verdiyi hər bir qərar insan həyatına birbaşa təsir göstərir. Bu səbəbdən piyada keçidlərinə yaxınlaşarkən maksimum diqqət və ehtiyatlılıq nümayiş etdirilməsi vacibdir.

Eyni zamanda piyadalara da müraciət olunaraq bildirilib ki, onlar yol hərəkətinin iştirakçısı kimi məsuliyyətlərini unutmamalı, yalnız müəyyən edilmiş piyada keçidlərindən istifadə etməli, yolun hərəkət hissəsinə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və hərəkət intensivliyini düzgün qiymətləndirməlidirlər. Qəfil hərəkətlər, ləngimələr və yola qaçaraq çıxmaq qəza riskini xeyli artırır.

Qurumun məlumatında qeyd olunub ki, piyada keçidlərində təhlükəsizliyin təmin edilməsi yalnız qarşılıqlı məsuliyyət prinsipi əsasında mümkündür. Sürücü və piyadanın diqqətli davranışı və yol hərəkəti qaydalarına riayət etməsi insan həyatının qorunmasında həlledici rol oynayır.

Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını qaydalara ciddi əməl etməyə və insan həyatına biganə qalmamağa çağırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Dekabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see260

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see252

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see231

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see227

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see225

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see221

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see217

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see217

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see215

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see203

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see195

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see193

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see188

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see182

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see179

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see177

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see171

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see167

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see160

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri