Çörək yemək sağlamlıq üçün zərərlidir?
Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çörəyin insanı kökəltdiyi və bir çox xroniki xəstəliklərə səbəb olduğu məlumdur. Lakin eyni təhlükə şirin tost çörəkləri üçün keçərli hesab edilmir.
Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, qızartmaq üçün istifadə edilən şirin çörəklərin həddindən artıq olmamaq şərti ilə istehlakında heç bir problem yoxdur.
Şirin çörəklər yüksək lif tərkibi ilə bağırsaq problemlərindən əziyyət çəkən insanlara faydalı ola bilər.
Bundan başqa qeyd edilib ki, şirin çörəyin tərkibində zülal, lif və B1 vitamini, kalsium, fosfor, dəmir, maqnezium, sink və selen kimi minerallar mövcuddur.
Qarğıdalı çörəyi isə lif, kalsium, əvəzolunmaz amin turşuları, lif və B3 vitamini ilə zəngindir. Buna görə də çörəyin düşünüldüyü qədər təhlükəli olmadığını demək olar. Mütəxəssislərin fikrincə, burada əsas məqam istehlak edilən çörəyin miqdarıdır.
Sevinc Hüseynova
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 16 Noyabr 2024 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















