Icma.az
close
up
RU
Çörək yeməmək arıqlamağa kömək edir? Dietoloqdan AÇIQLAMA

Çörək yeməmək arıqlamağa kömək edir? Dietoloqdan AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bir çox hallarda görürük ki, insanlar arıqlamaq deyəndə ilk növbədə çörəyi tamamilə rasiondan çıxarmağı düşünürlər. Sanki insanlar üçün çörəyi kəsmək arıqlamanın əsas və ən təsirli yolu hesab olunur.

Çörəkdən imtina arıqlamağa səbəb olurmu?

Redaktor.az-a danışan dietoloq Azaya Musayeva bildirdi ki, bugünkü dövrdə mağazalarda satılan çörəklərin böyük hissəsi ağ, yüksək sort buğda unundan hazırlanır:

"Bu un isə artıq “qida” deyil, işlənmiş, lifdən və faydalı maddələrdən tamamilə arındırılmış, sürətli şəkərə çevrilən boş karbohidratdır. Bu, qanda şəkəri sürətlə qaldırır, insulini artırır və qısa zamanda yenidən aclıq yaradır. Xüsusilə qarın nayihəsində piy yığılmasını sürətləndirir. Bədəndə iltihabı artırır, yuxululuq, halsızlıq və şişkinlik yaradır. Lif olmadığı üçün bağırsaq mikroflorasını zəiflədir və həzm prosesini ağırlaşdırır. Uzun müddətdə iştahanı pozur və qida asılılığı yaradır. Mən hər zaman bunu deyirəm: “Çörəyi çıxarmaq lazımdır, amma mütləq düzgün şəkildə əvəz etmək şərti ilə".

Dietoloq ağ çörəyi nə ilə əvəz edəcəyimizdən də danışdı:

"Tam taxıllı çörək, çovdar çörəyi, kətan, kəpək və ya toxum qarışıqlı çörəklər, qarabaşaq, yulaf, qara buğda unu ilə hazırlanan variantlar və s. Çörəyi rasiondan tam çıxarmaq qısamüddətli arıqlama effekti yarada bilər, amma sağlam yanaşma çörəyi düzgün növlə əvəz etməkdir. Bədənə lif, kompleks karbohidrat və B vitaminləri lazımdır - bunu da yalnız tam taxıllı çörək təmin edir.

Çörəyi tamamilə rasiondan çıxarmaq bir qədər müsbət dəyişikliklər yaratsa da, uzunmüddətli dövrdə orqanizmdə fəsad yarada bilər. Qida lifi azalır, bağırsaq fəaliyyəti zəifləyir, qəbizlik və disbalans yarana bilər. Enerji səviyyəsi düşə bilər - çünki kompleks karbohidratların bir hissəsini itirmiş oluruq. B qrup vitaminlərinin qəbulu azalır - bu da əsəb sisteminə, enerji metabolizmasına təsir edir. Şəkərə qarşı həssaslıq arta bilər - bədən karbohidratsız qalanda sonradan şəkərə daha kəskin reaksiya verir. Ağ çörəyin yoxluğu faydalıdır, amma taxıllı çörəyin tam çıxarılması balansı poza bilər".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri