Çörəkdən siqaret kötüyü çıxdı: AQTA hərəkətə keçdi
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Fevralın 6-da Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mustafa Məlikov küçəsində yerləşən "Ruzi" marketdən çörək alan Y.Məhəmmədoğlu biabırçı hadisə ilə qarşılaşıb.
Redaktor.az-a danışan vətəndaş bildirib ki, "Qarabağ çörək zavodu"na məxsus çörəyi kəsəndə qarşılaşdığı mənzərə onu şoka salıb.
Y.Məhəmmədoğlu qeyd edib ki, çörəyin içindən siqaret kötüyü çıxıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, qeyd olunan məsələ qurumun regional bölməsi tərəfindən nəzarətə götürülüb.
Agentliyin mütəxəssisləri tərəfindən faktla bağlı müvafiq araşdırmalara başlanılıb.
Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:Bakıda marketdə satılan çörəkdən siqaret kötüyü çıxdı
08 Fevral 2025 11:06
Çörəkdən siqaret kötüyü çıxdı Həmin müəssisədə yoxlama aparıldı Fotolar
12 Fevral 2025 12:56
Bakıda çörəkdən siqaret kötüyü çıxmasına zavoddan AÇIQLAMA
08 Fevral 2025 22:31
Çörəkdən siqaret kötüyü çıxdığı deyilən zavod CƏZALANDIRILDI
12 Fevral 2025 12:55
Çörəkdən siqaret kötüyü çıxıb? Şirkətdən iddialara CAVAB FOTO/VİDEO
09 Fevral 2025 20:03
Baxış sayı:71
Bu xəbər 09 Fevral 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















