Çörəkdən siqaret kötüyü çıxdı Həmin müəssisədə yoxlama aparıldı Fotolar
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
İçərisindən siqaret kötüyü çıxdığı iddia olunan çörəyin emal olunduğu müəssisədə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama aparılıb.
Bu barədə “Qafqazinfo”ya Agentlikdən məlumat verilib.
Bildirilib ki, mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.
Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, çörəkdən siqaret kötüyünün çıxması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı. İstehsalçı şirkət isə yayılan görüntünün həqiqətə uyğun olmadığını, bəzi şəxslərin məqsədli şəkildə həmin məlumatı yaydığını açıqlamışdı.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 12 Fevral 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















