Coşqun Əliyev “Masters Top 18”in qalibi oldu FOTO
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın deflimpiyaçı cüdoçusu Coşqun Əliyev İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən “Ecole Mont-Olivet Deaf Judo Masters Top 18” turnirində qızıl medal qazanıb.
-60 kq çəki dərəcəsində çıxış edən idmançımız dairəvi sistem üzrə üç görüş keçirib. Coşqun Əliyev ilk qarşılaşmada 2025-ci il Deflimpiya çempionu, braziliyalı Dantes Pedronu 2:0 hesabı ilə məğlub edib.
Cüdoçumuz ikinci görüşdə qazaxıstanlı Aktynberk Kakitayevə 0:1 hesabı ilə uduzub. Son qarşılaşmada isə Türkiyə təmsilçisi Nurullah Dündarı ipponla məğlub edərək turnirin qalibi olub.
Beləliklə, Coşqun Əliyev “Masters Top 18” turnirinin ilk azərbaycanlı qalibi kimi tarixə düşüb.
Bu nəticə eşitmə qabiliyyəti məhdud idmançılar arasında Azərbaycan cüdosunda daha bir ilk kimi qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 29 Avqust 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















