Coşqun Əliyev deflimpiya çempionunu məğlub edərək Masters Top 18 in qalibi olub
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Azərbaycanın deflimpiya cüdoçusu Coşqun Əliyev İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən "Ecole Mont-Olivet Deaf Judo Masters Top 18" turnirində qızıl medal qazanıb.
BAKU.WS xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı dairəvi sistem üzrə keçirilən yarışda üç görüş keçirib.
Yarışa inamlı start verən C. Əliyev ilk görüşündə 2025-ci il deflimpiya çempionu, braziliyalı Dantes Pedro ilə qarşılaşıb.
Təmsilçimiz rəqibini 2:0 hesabı ilə məğlub edib.
İkinci görüşdə qazaxıstanlı Aktınberk Kakitayevə 0:1 hesabı ilə uduzsa da, cüdoçu son qarşılaşmada türkiyəli Nurullah Dündarı ipponla məğlub edərək turnirin qalibi olub.
Beləliklə, C. Əliyev qızıl medal qazanaraq "Masters Top 18" turnirinin ilk azərbaycanlı qalibi kimi tarixə düşüb.
Bu nəticə ilə eşitmə qabiliyyəti məhdud idmançılar arasında Azərbaycan cüdosunda daha bir ilkə imza atılıb.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 29 Avqust 2026 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















