COVID 19 təsadüfi mutasiyalarla deyil proqram təminatı ilə idarə olunur..?
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
...Britaniyalı fizik Melvin Vopson inqilabi fərziyyə irəli sürüb. Deməli, onun iddiasına görə, COVID-19 pandemiyasına cavabdeh olan SARS-CoV-2 koronavirusunun mutasiyası təsadüfi təkamül hadisəsi deyil, konkret məlumat proqramının nəticəsi ola bilər.
Vopson informasiyanın xassələrini və onun sistemlərə təsirini öyrənən elmi sahə olan infodinamika konsepsiyasını tətbiq etmişdir.
Alim bu yanaşmaya əsaslanaraq belə qənaətə gəlib ki, virusun genomunda baş verən dəyişikliklər enerjinin saxlanması qanununa bənzər müəyyən qanunlara tabedir. Tədqiqatın müəllifi qeyd edir ki, SARS-CoV-2 mutasiyalarının əksəriyyəti nukleotidlərin çıxarılması səbəbindən genomun sadələşdirilməsinə səbəb olub.
Yalnız nadir hallarda (cəmi 1,08 faiz) virusun strukturunu çətinləşdirən nukleotid ardıcıllığının əlavələri baş verir.
Bu müşahidə mutasiyaların təsadüfi olması ilə bağlı ənənəvi fikirlə ziddiyyət təşkil edir və nəzarət edən bir ssenarinin mövcudluğunu göstərir.
SİA-nın məlumatına görə, Vopsonun tapıntıları müasir bioloji mutasiya nəzəriyyəsinə meydan oxuyur və reallığımızın təkcə fiziki qanunlara deyil, həm də informasiya matrisinə əsaslana biləcəyini göstərir.
Fizik hesab edir ki, onun nəzəriyyəsi biologiya, fizika və virusologiya sahələrində elmi tədqiqatlar üçün yeni üfüqlər açır.
Nazlı Almuradova
Baxış sayı:100
Bu xəbər 05 May 2025 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















