Icma.az
close
up
RU
COVID 19: Fransada dövriyyəsini dayandırmayıb

COVID 19: Fransada dövriyyəsini dayandırmayıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Paris, 27 may, AZƏRTAC

Asiyada yayıldıqdan sonra NB.1.8.1 adlı yeni COVID-19 ştammı Fransaya da çatıb.

AZƏRTAC xəbər verir ki, Fransanın müxtəlif departamentləri arasında yoluxma hallarında nəzərəçarpacaq fərqlər müşahidə olunur. Bəzi bölgələrdə yoluxma səviyyəsi yüksəkdir. Əhalinin sıxlığı, hərəkətliliyi, sosial davranışlar və yerli səhiyyə sisteminin vəziyyəti xəstəliyin yayılmasının əsas səbəbləri kimi göstərilir.

Ölkənin Böyük Şərq adlanan bölgəsi və sərhədyanı ərazilər sıx məskunlaşma və ticarət səbəbindən yoluxma hallarına daha çox məruz qalır. Eyni zamanda, sosial toplantılar, şənliklər və digər kütləvi tədbirlərin də virusun yayılmasına səbəb olduğu qeyd olunur. Xəstəxana məlumatlarına əsasən, yoluxma göstəriciləri əsasən 65 və daha yuxarı yaşda olan insanlar arasında artıb.

Səhiyyə orqanları əhaliyə qapalı ictimai yerlərdə maskadan istifadə, əllərin tez-tez yuyulması, məkanların tez-tez havalandırılması və simptomlar müşahidə edildikdə, həmçinin test nəticəsi müsbət olduqda izolyasiya tədbirlərinə əməl olunmasını tövsiyə edirlər.

Qeyd olunur ki, NB.1.8.1 variantı mart ayından etibarən Asiyada yayılmağa başlayıb və artıq Fransa da daxil olmaqla bir sıra Avropa ölkələrində aşkarlanıb. Parisdəki “Lariboisière” xəstəxanasının reanimasiya şöbəsinin müdiri Brüno Magerban bildirib ki, COVID-19 hələ də Fransada dövr edir və dövriyyəsini dayandırmayıb. Onun sözlərinə görə, virusun yeni mutantları müntəzəm olaraq ortaya çıxır və NB.1.8.1 də həmin mutantlardan yalnız biridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri