Icma.az
close
up
RU
“Çox çətin oyunda vacib qələbə qazandıq” Tahir Gözel

“Çox çətin oyunda vacib qələbə qazandıq” Tahir Gözel

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

“Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Avropa Liqasının Liqa mərhələsində IV tur çərçivəsində “Budyo Qlimt”lə keçirilən matçdan sonra klubun mətbuat xidmətinə danışıb. 

Fanat.Az xəbər verir ki, o, xalqımızı 8 noyabr – Zəfər Günü və "Qarabağ"ı AL-in yeni formatda keçirilən əsas mərhələsində qazandığı ilk qələbə münasibətilə təbrik edib:

“Xalqımızı 8 noyabr – Zəfər Günü münasibətilə təbrik edirəm. Ali Baş Komandanımız Cənab İlham Əliyevin başçılığı altında Müzəffər Ordumuzun qazandığı qələbənin ildönümü ərəfəsində “Qarabağ” növbəti qalibiyyətini əldə etdi. “Bodo Qlimt”ə qarşı səfərdəki matç çox ağır oldu. Rəqibin nə qədər güclü komanda olduğunu Avropa Liqasının liderləri sırasında yer alması da göstərir. “Bodo Qlimt” güclü rəqabətin olduğu Norveç çempionatında da liderdir. İlk üç turda uduzmayan, “Porto” kimi adlı-sanlı bir klubu məğlub edən komanda ilə qarşılaşırdıq. “Bodo Qlimt” ilk məğlubiyyətini komandamızdan aldı. Komandamla fəxr edirəm. Üstəlik, süni meydanda oynamalı olduq. Lakin rəqibin kimliyindən asılı olmayaraq, həmişə olduğu kimi, komandamıza inamımız böyük idi. Möhtəşəm mübarizə və qələbəyə görə futbolçularımıza təşəkkür edirəm. Çətin şimal səfərində komandamızı tək qoymayan azarkeşlərə də minnətdaram. Çox çətin oyunda vacib qələbə qazandıq. Bu komandaya inamım sonsuzdur. Mərhələnin sonuna qədər daha 4 oyunumuz var. Əminəm ki, komandamız gözəl oyunu ilə azarkeşlərimizi sevindirməkdə davam edəcək. Nəticələrdən asılı olmayaraq, ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” Norveç klubuna 2:1 hesabı ilə qalib gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://fanat.az
archiveBu xəbər 08 Noyabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri