“Çox çətin oyunda qələbə qazandıq” Fizuli Məmmədov
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Çox çətin oyun olacağını əvvəlcədən bilirdik. "Şamaxı" çempionatın ən möhkəm və strukturlu komandalarından biridir, meydanın hər bir fazasında sistemli şəkildə işləməyi bacarırlar. Xüsusilə rəqibin standart vəziyyətlər zamanı yarada biləcəyi təhlükələri başa düşürdük və buna uyğun hazırlaşmışdıq".
QOL.az xəbər verir ki, bu sözləri "Karvan-Yevlax"ın baş məşqçisi Fizuli Məmmədov Misli Premyer Liqasının 28-ci turunda doğma meydanda "Şamaxı"ya qalib gəldikləri matçdan (1:0) sonra bildirib.
Baş məşqçi rəqibin gücünü etiraf etməklə yanaşı, futbolçularının nümayiş etdirdiyi əzmkar mübarizəni xüsusi vurğulayıb:
"Oyun həqiqətən çox gərgin keçdi. Sevindirici haldır ki, uşaqlar verdiyim tapşırıqları maksimum dərəcədə yerinə yetirdilər. Onlar bu gün əsl döyüşkənlik və mərdlik nümayiş etdirdilər. Göstərdikləri bu möhtəşəm performansa və əzmkar mübarizəyə görə hər bir futbolçuma təşəkkür edirəm. Artıq bu nəticəni geridə qoyub, növbəti görüşə hazırlaşmalıyıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 18 Aprel 2026 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















