“Çox istərdim ki, Ayxan Abbasov mənə inansın, güvənsin” Kamran İbrahimov
Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Demək olar ki, ilk turdan başqa bütün matçlarda oynamışam. Oyundan-oyuna performansımı daha da yaxşılaşdırmağa çalışıram. Ayxan Abbasov məni milliyə dəvət etsə, əlbəttə ki, gedərəm. Özümü hazır hiss edirəm. Bu, məndən çox Ayxan müəllimin qərarından asılıdır”.
Bu sözləri İdmanxeber.az saytına “Karvan-Yevlax”ın qapıçısı Kamran İbrahimov yığma komandaya mümkün dəvəti ilə bağlı danışarkən deyib. O, adının ictimaiyyətdə az hallanmasından narahat olduğunu da bildirib:
“Bəlkə də klub olaraq aşağı pillələrdə olduğumuz üçün adım az hallanır. Milliyə dəvət ala biləcək qapıçılar siyahısında olmuram. Həmişə eyni adlar müzakirə olunur. Ancaq özümü onlardan zəif görmürəm. Mənim də yetərincə təcrübəm var. Aydındır ki, aşağı sıralarda yer alan komandaların futbolçuları çox da göz önündə olmur. Bu, məni bir qədər narahat edir”.
İbrahimov millinin baş məşqçisi Ayxan Abbasovun onunla danışıb-danışmadığı barədəki suala isə belə cavab verib:
“Xeyr, heç kim mənimlə əlaqə saxlamayıb. Düşünürəm ki, əgər Ayxan müəllim məni milli komandada görmək istəsə, bunu ilk növbədə komanda biləcək, sonra isə mənə deyiləcək. Ona xüsusi bir ismarıcım yoxdu. Ancaq çox istərdim ki, mənə inansın, güvənsin. Mən də əlimdən gələni edərəm. O ab-havanı yaşamağı çox istəyirəm. Təbii ki, hər şey Ayxan müəllimin qərarından asılıdır. Onun bütün qərarlarına hörmətlə yanaşacam”.
Həsən Quluzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 04 Noyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















