Icma.az
close
up
RU
Ayxan Abbasov: Klubdan gedənlər çox olacaq

Ayxan Abbasov: Klubdan gedənlər çox olacaq

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Şamaxı”nın və U-21 millimizin baş məşqçisi Ayxan Abbasovun QOL.az saytına müsahibəsi

- Aparıcı futbolçuları bir-bir “Şamaxı”nı tərk edir. Onları komandadan saxlamaq mümkün deyildi?

- Gedənlər müqaviləsi başa çatan futbolçulardır. Təklifləri var idi. Onsuz da bilirdik ki, gedəcəklər. Brahim Konate “Zirə” ilə anlaşıb. Leroy Mikels, Vasilye Bakiç və Vasilye Radenoviçin də müqaviləsi başa çatmışdı. 

-  Yəqin ki, gedənlərin siyahısı böyüyəcək.

- Bəli, amma bununla bağlı klub rəsmi açıqlama verəcək. 

- Sizin də “Şamaxı”dan ayrılacağınız haqda xəbərlər dolaşırdı. Bu haqda düşünmüşdünüz?

- Yox. Mən “Şamaxı”dayam. Klubla müqaviləm var və işimizə davam edirik.

- Futbolçuların maliyyə sıxıntısına görə komandanı tərk etdiyi bəllidir. Yeni mövsümdə sizə çətin olmayacq?

- Biz “Şamaxı” ilə razılaşanda büdcə başqa idi. Bilirsiniz ki, klub dövlətin ayırdığı pulla idarə olunur. Düzdür, bir az o sarıdan sıxıntımız var. Amma rəhbərliklə bir yol götürmüşük. Çətin də olsa, yenidən komanda qurmalıyıq. Çünki klubdan gedənlər çox olacaq. Milli komandanın toplanışı başa çatandan sonra bu işlə məşğul olacağıq. 

- Maliyyə durumu ilə bağlı hansısa yenilik olacaq, yoxsa komanda yeni mövsümdə də AFFA-nın ayırdığı vəsaitlə çıxış edəcək?

- Maddi durum belədir ki, dövlətin ayırdığı büdcəmiz var, vəssalam. Başqa heç nə. Həmin büdcə ilə də komanda quracağıq. 

- Çətin olmayacaq?

- Təbii ki, olacaq. Onsuz da başa çatan mövsümdə də ən az büdcə ilə biz çıxış etmişik. Görünən odur ki, yeni mövsümdə də ən az büdcə ilə biz oynayacağıq. 

- Sizin az büdcə ilə də yaxşı komanda qurduğunuzun bir neçə dəfə şahidi olmuşuq. Amma yəqin ki, komandanız iddialı ola bilməyəcək.

- Əlbəttə ki, iddialı olmaq üçün tək danışmaq kifayət etmir. Gərək əməldə də olsun. Amma bizim bu gün tutduğumuz yol düzdür. Biz gəncləri də düşünürük. Bu il neçə gənc futbolçumuz ortaya çıxdı. Yeni gənclər axtarırıq. Yəni elə hər kəs avrokuboklar üçün oynamalı deyil axı. Gərək ölkəyə, gənclərə də xidmət edən klublar olsun. “Şamaxı”nın akademiyası da var. Tək özümüzü fikirləşmirik. Bəli, komanda Premyer Liqada qalanda o bölgədə futbol inkişaf edir. Bilirik ki, bu yöndə çətin də olsa, mübarizə aparmalıyıq.  

- Əslində gənclərə şans verən, sırf avrokubokları düşünməyən bir yox, bir neçə klubumuz olsa, daha yaxşıdır. Amma yetər ki, klub özü də bunu istəsin, baş məşqçiyə işləməsi üçün şans versin. 

- Bəli, biz hələ ötən mövsüm də neçə gənc futbolçuya güvəndik, onları üzə çıxarmağa çalışdıq. Büdcəmiz elə deyil ki, gedək hansısa klubumuzdan yerli futbolçunu gətirək. Görürsünüz ki, gənc legioner də gətirmişik. Tanzaniyadan olan Alfons Babulanı deyirəm. 21 yaşı var. Az sayda legioner və yerli gənclərdən ibarət bir komanda olacaq. İnanıram ki, yeni mövsümdə də istəyimizə çatacağıq. Çünki klub olaraq bir az təcrübəmiz də var. Məncə, yaxşı olacaq.

- Gənclərə daha çox şans verilməsi həm də sizin U-21 millimizi çalışdırmağınızla bağlıdır?

- Əslində yox. Bizim klubumuz strategiyası budur. Mən ötən il U-21-də işləmirdim, amma Edqar Adilxanov, Rüfət Abbasov, Vüsal Məsimov, Rauf Rüstəmli, Arsen Ağcabəyova şans verdik və özlərini yaxşı tərəfdən göstərdilər. Bu mövsüm istəyirik ki, daha çox olsun. Çünki U-21 millimiz də var. Gənclər də oynamalıdır axı. Biz deyirik ki, gənclər oynasın, amma baxırıq ki, klublarda çox az şans verilir. Rauf Rüstəmli “Sabah”ın əvəzedici heyətindən “Şamaxı”ya gəldi və əsas millimizə qədər yüksəldi. Cəmi 10 ay ərzində oldu. Demək ki, bizdə yaxşı gənc futbolçular var. Ona görə də belə futbolçulara inanmaq lazımdır. 

- U-21 millimizin ilkin heyətini açıqlamısınız və komanda toplanışa başlayıb. Bu yaş qrupunda seçim həmişə çətin olub. Dəvət etdyiniz futbolçulara ümidiniz nə dərəcədədir?

- Mayın 30-da A millimizlə oyunumuz var. Ona qədər məqşlərimiz olacaq. Xeyli gəncə dəvət göndərmişik. Qarşıdakı iki yoldaşlıq oyunundan sonra heyəti müəyyənləşdirə biləcəyik. Çalışırıq ki, heyəti genişləndirək. Artıq 50 futbolçuya baxmışıq. Yəni iki təlim-məşq toplanışında dəvət edilən futbolçuları nəzərdə tuturam. Fərqli heyətdir. Daha 5-6 futbolçu var ki, onları də görmək istəyirik. Seçim var, normaldır. Əsas odur ki, rəqabət olsun. 17-18 yaşlı oyunçulara dəvət göndərmişik ki, U-21-ə daha tez gəlmək lazım olduğunu bütün futbolçular bilsinlər. U-21 A millisi üçün bir qapıdır. Burdakı atomesferi görüb gələcəkdə əsas milliyə getməlidirlər. 

- Yekun heyədə siyahıda dəyişiklik çox olacaq?

- Bu toplanışda artıq demək olar ki, seçimimizi etmişik. Ancaq növbəti toplanışlarda yəqin ki, yeni olacaq. 

Ramiq Ağaməmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://qol.az
archiveBu xəbər 27 May 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri