Icma.az
close
up
RU
“Çox istərdim ki, Paşa Holdinqin nəzdində “Qanunvericilik institut”u yaradılsın” Qüdrət Həsənquliyev

“Çox istərdim ki, Paşa Holdinqin nəzdində “Qanunvericilik institut”u yaradılsın” Qüdrət Həsənquliyev

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. Müsahibəni təqdim edirik:
- Qüdrət bəy, 5 fevral 2025-ci il tarixində PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS Hüquq Forum”u keçirildi. Tədbirin açılış mərasimində Azərbaycan Republikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikasın Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımov, eləcə də PAŞA Holdinqin Qrup üzrə Hüquq və Komplayens Departamentinin direktoru Aytac Qasımova çıxış ediblər. Forum çərçivəsində dövlət-özəl sektor əməkdaşlığının hüquqi aspektləri, arbitraj mexanizmlərinin artan rolu, hüquqi çərçivələrin gücləndirilməsi və texnologiyanın hüquq sahəsinə təsiri kimi aktual mövzularda müzakirələr aparılıb. Mətbuatdan məlumatlıyıq ki, bu cür konfransların keçirilməsi təşəbbüsü ilə siz də çıxış etmişdiniz. Tədbir barədə fikirlərinizi bilmək istərdik...

- Doğrudur, Milli Məclisdəki çıxışlarım zamanı və mətbuata verdiyim açıqlamalarda hüquq istimaiyyətinin və dövlətin hüquq siyasətini müəyyənləşdirən və həyata keçirən dövlət orqanlarının, tanınmış hüquqşünasların iştirakı ilə “hüquq və qanunçuluğun mövcud vəziyyəti” mövzusunda elmi-praktik konfransın keçirilməsini təklif etmişdim. Milli Məclisin və Ali Məhkəmənin təşkilatçılığı ilə belə bir konfransın təşkil edilməsinə dair təkliflər də var idi.
Çox məmnunam ki, nüfuzlu biznes strukturları da belə konfransların keçirilməsinin vacibliyini qəbul edərək, bu cür təşəbbüslə çıxış edib, qeyd etdiyiniz şəxsləri bir araya gətirərək konfrans təşkil ediblər. Qanunçuluğun inkişafına və hüquq islahatlarının dərinləşdirilməsinə xidmət edən bu cür fəaliyyətlərinə görə onlara təşəkkür edirəm və uğur diləyirəm. Çox istərdim ki, Paşa Holdinqin nəzdində “Qanunvericilik institut”u yaradılsın, həmin institut qanunçuluğun inkişafına və biznes mühitinin təkmilləşdirilməsinə xidmət edəcək konkret qanun layihələrini də ictimaiyyətin və dövlət orqanlarının müzakirəsinə təklif etsin, mütəmadi olaraq belə konfranslar keçirsin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Fevral 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri