Icma.az
close
up
RU
“Çox istərdim ki, şəhid olum, qismət olmadı...” Rəşad Baxşəliyev FOTOLAR

“Çox istərdim ki, şəhid olum, qismət olmadı...” Rəşad Baxşəliyev FOTOLAR

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsinin iştirakçısı olan tanınmış jurnalist Rəşad Baxşəliyev 48 yaşında vəfat edib. Avtosfer.az R.Baxşəliyevin bir neçə ay öncə "EDnews" saytına verdiyi müsahibəni təqdim edir: 

- Rəşad bəy, ilk olaraq özünüzü təqdim edin.

- Mən 1978-ci ildə Yevlaxda anadan olmuşam.Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini (1996–2000-ci illər) bitirdikdən sonra ordu sıralarına yollanmışam. 2001–2003-cü illərdə Vətən qarşısında xidməti borcumu tağım komandiri vəzifəsində, leytenant rütbəsində uğurla yerinə yetirmişəm. 1999-cu ildən mətbuatda çalışıram. İlk olaraq “Şərq” qəzetində fəaliyyətə başlamışam. 2012-ci ildən rəsmi dövlət nəşri olan “Azərbaycan” qəzetində çalışıram. Qəzetin Parlament və siyasət şöbəsinin əməkdaşıyam. Bu qəzetə gələndən sonra hərbi sahədə müəyyən qədər biliklərə sahib olduğum üçün cəbhə bölgələrindən silsilə reportajlar hazırlamışam. Azərbaycanın elə bir döyüş səngəri yoxdur ki, ora getməyim. Döyüş tapşırığı yerinə yetirən bütün hərbi hissələrdən reportajlar hazırlamışam. 17 il sonra - 2020-ci ildə isə yenidən əlimə silah alıb, hərbi mundir geyinərək Vətən müharibəsinə yollandım. Çünki jurnalist olsam da, həm də zabit idim.

- Necə oldu ki, bu məqamda ön cəbhəyə yollandınız?

- Vətən müharibəsi başlayanda mən Ağdamda, atəş altında reportaj hazırlayırdım. Elə həmin vaxt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən zəng gəldi. Bildirdim ki, hazırda Ağdamdayam. Onlar isə dedilər: “Sən elə artıq xidmətdəsən, işinlə məşğul ol, başqa zabit göndərərik. Kifayət qədər hərbçimiz var”. Amma mən bununla razılaşmadım və bildirdim ki, sabah özümü çatdıracağam. Axşam Bakıya qayıtdım, səhər redaksiyaya gedib reportajımı təhvil verdim. Ardınca dərhal Abşeron Rayon Səfərbərlik İdarəsinə yollandım. Oradan isə “gözlə, zəng edəcəyik” dedilər.

Düzdür, gözləmək istəmirdim, lakin iki gün sonra özüm zəng vurdum. Dedilər ki, “jurnalistsən, arxa cəbhədə gördüyün işlər də kifayət qədər önəmlidir”. Amma mən yenə də israr etdim. Bir gün sonra zəng gəldi: “Hazırlaş, gəl.” Ailəmlə vidalaşıb müharibəyə yollandım.

- Müharibəni necə xatırlayırsınız? Xatirələrinizi bölüşə bilərsinizmi?

- Belə ki, mən savaşa gedərkən övladım ağır xəstə idi. Qarşımda böyük seçim var idi. Lakin övladımı xəstəxanaya yerləşdirdim, onu ailəmə, dostlarıma əmanət edib cəbhəyə yollanmağı seçdim. Vətən sevgisi övlad sevgisindən üstün oldu. Bu ifadə bəlkə bəlağətli, pafoslu görünə bilər. Çünki adətən belə şeyləri bədii ədəbiyyatda oxuyurduq. Lakin mən bunu yaşadım. Heç bir halda fərarilik edə bilməzdim. Mən müharibəyə yollansam da, qızımı ailəmə, dostlarıma əmanət etmişdim və o, hər gün mənə məktublar yazır, müxtəlif əl işlərini göndərirdi. Bu isə mənim əzmimi günü-gündən daha da artırırdı.

Beləcə, bizi ilk olaraq Ağcabədiyə apardılar və orada müxtəlif hərbi hissələrə bölündük. Maraqlı bir təsadüf oldu. Belə ki, vaxtilə xidmət etdiyim hərbi hissənin zabitləri məni tağım komandiri seçdi. Bunu da elə yolda, söhbət əsnasında öyrəndim. Mən hərbi hissəyə Qubadlı istiqamətində qoşuldum. Biz Qubadlının sol cinahı istiqamətində irəliləyirdik. Tapşırığımız irəlidə gedən xüsusi təyinatlı qüvvələrdən canını qurtaran, gizlənən erməniləri neytrallaşdırmaq idi.

Düşmən hərbçiləri Ermənistanla sərhəddə idilər. Biz onları ya tamamilə ərazimizdən çıxarmalı, ya da məhv etməli idik. Ağır döyüşlərdə iştirak etdik, şəhidlər verdik, yaralılar da oldu. Lakin döyüş tapşırığını uğurla yerinə yetirdik. Vətən sevgisi, əsgərlərin əzmkarlığı hər şeydən üstün oldu, bütün çətinliklərə sinə gərdik. Hər kəs bir nəfər kimi irəli gedirdi. Yüksəklikdən-yüksəkliyə keçdikcə daha çox ruhlanırdıq. Biz ən yüksək təpəliklərdən olan Qubadlı dağlarında idik. Bu dağlar çox çətin relyefə sahibdir. Buna baxmayaraq, aşağı hissədə duran əsgərlərimiz bizə hər gün təminat gətirir, ac-susuz qalmağa qoymurdular. Onları görən kimi bağrıma basırdım. İnanın, heç də bizdən az yorulmurdular. Noyabrın 10-na kimi burada qaldıq. Sonra isə yüksəkliyi başqa bir hərbi hissəyə təhvil verib istiqamətimizi dəyişdik.

- Bir jurnalist olaraq, bu sahə üzrə yiyələndiyiniz bacarıqlar sizə müharibədə hansı istiqamətdə təsir göstərdi?

– Düzü, jurnalistika sahəsində qazandığım təcrübə və bacarıqlar müharibə şəraitində də mənə ciddi mənada kömək etdi. Hadisələri soyuqqanlılıqla analiz etmək, tez qərar vermək, informasiya ilə düzgün işləmək kimi xüsusiyyətlər ön cəbhədə də özünü göstərirdi. Lakin bir zabit olaraq özümdə cəmləşdirdiyim insan psixologiyasını anlamaq, komanda daxilində ünsiyyət və inam yaratmaq kimi bacarıqlar da müharibə zamanı silah qədər dəyərli idi.

- Atəşkəsin elan olunmasından necə xəbəriniz oldu?

- Gecə idi, sakitlik çökmüşdü. Bir anlıq briqadamız tərəfindən işıqlar yanıb-sönməyə başladı. Biz təəccübləndik, çünki ratsiyadan (səs cihazından) heç bir xəbər yox idi. Artıq səhər açılırdı, amma yenə də dəqiq xəbərə sahib deyildik. Elə bu məqamda birdən Azan səsi gəldi. Səs biz tərəfdən –- taborun yanından gəlirdi. O zaman anladıq ki, bu, bizim bölüyümüzün hərbiçisidir. Onun çox yaxşı səsi var idi. Bəzən zümzümə edirdi, lakin indiyə qədər onun səsindən Azan eşitməmişdik. O an onun səsi bütün dağlara yayılmışdı və bizim olduğumuz hissənin arxasında ermənilər idi. Onlar "Azərbaycan! Azərbaycan!" deyə qışqırırdılar. Çünki müharibənin bitməsinə, xüsusilə də ölmədiklərinə sevinirdilər. Bu an müharibə zamanı mənim üçün unudulmaz məqamlardandır.

- Bir hərbiçi üçün anındaca qərar vermək vacibdir. Heç “kaş belə edərdim” dediyiniz məqamlar oldumu?

- Xeyr. Belə bir məqamın olduğunu xatırlamıram. Müharibə şəraitində hər şey çox sürətlə baş verir və insan verdiyi qərarın nəticəsini dərhal yaşayır. Ona görə də həmin anda düşündüyünü etməlisən, tərəddüdə yer yoxdur. Geri baxanda isə vicdanla deyə bilərəm ki, hər addımı düşünərək atmışam. Ən azı içimdə bir peşmanlıq hissi yoxdur. Hər zaman bütün məqamları düşünüb qərar verirdim və mənim gözümün önündə sadəcə Xocalı faciəsi, soyqırımımız, xalqımızın fəryadları, şəhidlərimiz canlanırdı. Onların qisasını yerdə qoymamalı idik. Elə də oldu.

- Müharibədən əvvəl və müharibədən sonrakı həyatınızı təsvir etsəydiniz, bu necə olardı?

- Müharibədən əvvəlki həyat, təbii ki, daha sakit, stabil idi. Günlər əsasən iş, ailə və gündəlik qayğılarla keçirdi. Amma müharibədən sonra hər şey dəyişdi. Daxilimdə bir məsuliyyət, bir yük yarandı. Artıq bir vaxtlar adi hesab etdiyim hadisələrə belə fərqli reaksiya verirəm. Müharibədən sonra hələ də bəzən yuxudan duranda elə bilirəm ki, tağımın yanındayam. Hətta yuxudan durub təlimat verdiyim anlar da olub. Bu yaşadıqlarım müharibədən sonra uzun müddət tez-tez olurdu. Lakin indi belə anları ara-sıra yaşayıram.

- Cəbhə bölgəsində iki fərqli statusda iştirak etmisiniz. Jurnalist, yoxsa zabit Rəşad Baxşəliyev?

- Zabit... Zabit Rəşad Baxşəliyev...

Düzü, jurnalistika sahəsi üzrə təhsil almışam, çalışıram, lakin bir hərbiçi, zabit olmaq mənim üçün ayrıdır. Orada olmaq, o anların şahidi olmaq fərqli duyğudur. Belə deyim, o məqamda özüm də daxil, hər bir əsgərimin cibində eyni vərəqə və vida sözləri var idi. Hər kəs hər an ölümü gözləyirdi. Çox istərdim ki, şəhid olum, lakin çox təəssüf, qismət olmadı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Mart 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri