“Nişanlı idi, qismət olmadı...” Şəhid atası
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
‘Nişanli idi, yanvarda toyu olacaqdı. Qismət olmadı’.
Bunu şəhid Məhəmməd Şəbiyevin atası Vaqif Şəbiyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar İkinci Fəxri Xiyabanda Bizim.Media-ya açıqlamasında bildirib.
O bildirib ki, özü də zabitdir.
Atasının sözlərinə görə,şəhid Məhəmməd Şəbiyev Heydər Əliyev adına ali hərbi məktəbi bitirib, leytenant rütbəsi alıb.
"Oğlum Ağdamda qulluq edirdi. Vətən müharibəsində Ağdamın qorunmasında iştirak edib. Sonradan onları Suqovuşana göndərdilər. Suqovuşan yüksəkliyində bir neçə erməni səngərini darmadağın etdikdən sonra oktyabrın 4-də şəhid olub. Nişanli idi, yanvarda toyu olacaqdı. Qismət olmadı".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 27-si Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi məqsədilə Anım Günü kimi qeyd edilir.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olub. Müharibə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnib.
Vətən müharibəsində 2908 hərbi qulluqçu şəhid olub.
Fəridə, Ayşəm, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 27 Sentyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















