Icma.az
close
up
RU
Çox təhlükəli qrip yayılır Dünya həkimlərindən XƏBƏRDARLIQ

Çox təhlükəli qrip yayılır Dünya həkimlərindən XƏBƏRDARLIQ

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Dünyanın onlarla ölkəsi qış mövsümündə yeni və daha təhlükəli hesab edilən qrip dalğası ilə üz-üzə qalıb.

Modern.az xəbər verir ki,  yoluxmaların çoxuna səbəb olan virus H3N2-nin K adlı yeni ştammıdır.

Yeni variant əvvəlcə Avstraliya və Yeni Zelandiyada aşkar olunub, daha sonra Yaponiya və Böyük Britaniyada sürətli yayılma qeydə alınıb.

Hazırda bu ştamm 30-dan çox ölkədə təsdiqlənib. Mütəxəssislər bildirirlər ki, K əvvəlki illərdə nadir rast gəlinib, buna görə də əksər insanlarda ona qarşı möhkəm immunitet formalaşmayıb.

Kembric Universitetinin Patogenlərin Təkamülü Mərkəzinin direktoru Derek Smitin sözlərinə görə, H3N2 virusu son dövrdə yeddi mutasiya keçirib. “Bu virus demək olar ki, bütün dünyada yayılacaq”, - deyə o xəbərdarlıq edib.

Həkimlər qeyd edirlər ki, simptomlar klassik qripdən daha ağır olmasa da, yoluxanların sayı kəskin arta bilər. Xəstəliyi bəziləri simptomsuz keçirir, digərlərində isə yüksək hərarət, bədən ağrıları və sürətli yorğunluq yaranır. Xüsusilə yaşlılar və xroniki xəstəliyi olanlar üçün yeni ştamm ciddi təhlükə daşıyır.

Böyük Britaniyadakı Frensis Krik İnstitutunun Ümumdünya Qrip Mərkəzinin direktoru Nikola Lyuis vəziyyəti belə təsvir edir: “Belə virusu uzun müddətdir görməmişdik. Dinamikası qeyri-adi görünür. Narahatlıq var, panika yox, amma ciddi narahatlıq var”.

Həkimlər xatırladır ki, soyuqdəymə, qrip və COVID-in əlamətləri bənzər olsa da, fərqlər mövcuddur.

Soyuqdəymə adətən tədricən başlayır və əsasən burun axması, boğaz ağrısı ilə müşahidə olunur. Qrip isə qəfil yüksələn temperatur, əzələ zəifliyi və ümumi ağrılarla başlayır. COVID-19-da bu əlamətlərə əlavə olaraq dad və qoxubilmə itkisinin olması fərqləndirici əlamət sayılır.

Mütəxəssislərin sözlərinə görə, qripdən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Lakin mövcud peyvəndlərin yeni K ştammı qarşısında tam effektiv olub-olmadığı hələ aydın deyil.

Yayılmanı məhdudlaşdırmaq üçün bəzi ölkələr artıq əlavə tədbirlər görməyə başlayıb. Yaponiya və İngiltərədə bir sıra məktəblər bağlanıb, Britaniyanın xəstəxana və məktəblərində maska rejimi yenidən tətbiq olunub. BBC

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Dekabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri