“Çoxlu cavabsız suallar var” Kallasdan Moskva və Tehran barədə AÇIQLAMA
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın İranla bağlı mövqeyinə və ABŞ–Rusiya təmaslarına dair açıqlama verib.
Redaktor.az xəbər verir ki, o, bu barədə Estoniyada jurnalistlərə danışıb.
Məlumata görə, Kallas bildirib ki, Rusiyanın İranın ABŞ-yə qarşı mübarizəsini açıq şəkildə tərifləməsi suallar doğurur və bu, Moskva ilə Vaşinqton arasında mümkün təmaslarla bağlı əlavə müzakirələrə səbəb olur.
O qeyd edib: “Prezident Tramp və Prezident Putin arasında bu cür telefon zənglərini gördükdə və Rusiyanın İranın Amerikaya qarşı apardığı mübarizəni açıq şəkildə təriflədiyini nəzərə aldıqda, cavabsız qalan çoxlu suallar yaranır”.
Bildirilib ki, Kallasın açıqlaması Rusiya–ABŞ münasibətləri və Yaxın Şərqdəki gərginlik fonunda beynəlxalq siyasi müzakirələri daha da aktuallaşdırıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 30 Aprel 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















