Icma.az
close
up
RU
Kaya Kallasdan narazılıq var

Kaya Kallasdan narazılıq var

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa İttifaqına üzv ölkələr Aİ-nin diplomatik xidmətində genişmiqyaslı islahatların aparılması imkanlarını nəzərdən keçirirlər.

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, müzakirələr Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) və qurumun rəhbəri Kaya Kallasın fəaliyyətindən narazılıq fonunda aparılır.

Nəşrin həmsöhbətlərindən biri bildirib ki, mövcud sistem müasir dünyanın tələblərinə cavab vermir.

“Avropa Xarici Fəaliyyət Xidməti lazım olduğu kimi işləmir. Sistem funksional deyil. Problem struktur xarakterlidir və bu səbəbdən struktur yenidən qurulmalıdır”, - deyə mənbə vurğulayıb.

Mənbələrin sözlərinə görə, Aİ ölkələri Kaya Kallasın və rəhbərlik etdiyi, illik büdcəsi 1 milyard avro olan qurumun səlahiyyətlərinin bir hissəsinin məhdudlaşdırılması imkanını nəzərdən keçirir. Hətta EEAS-ın bəzi funksiyalarının birbaşa üzv dövlətlərə verilməsi variantı da müzakirə olunur.

Qəzet yazır ki, Fransanın irəli sürdüyü təkliflər arasında Aİ diplomatiyasının rəhbərinin müstəqilliyinin məhdudlaşdırılması və onun dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nümayəndəliklər üzərində nəzarət imkanlarının azaldılması da yer alır.

Mənbələr bildiriblər ki, bu dəyişikliklər nəticəsində Avropa Xarici Fəaliyyət Xidmətinin mövcud formatda fəaliyyətini davam etdirməsi sual altına düşə bilər.

Bununla yanaşı, bəzi üzv dövlətlər hesab edirlər ki, EEAS-da aparılacaq islahatlar Brüsseldə bürokratik yükü azaltmağa və əlavə maliyyə qənaətinə imkan verəcək.

Nəşrin məlumatına görə, bir sıra Avropa paytaxtlarında hesab edirlər ki, hazırda EEAS, üzv ölkələrin xarici işlər nazirlikləri, eləcə də Avropa Komissiyası və Aİ Şurasının xarici əlaqələr strukturları arasında səlahiyyətlərin təkrarlanması və koordinasiya problemləri mövcuddur.

Mənbələr qeyd edirlər ki, son illərdə Avropa İttifaqının üzləşdiyi çoxsaylı böhranlar Aİ rəsmilərini EEAS-ın operativ qərarların əlaqələndirilməsindəki effektivliyini yenidən qiymətləndirməyə vadar edib.

Bundan əlavə, bəzi rəsmilər Kaya Kallasın zaman-zaman üzv ölkələrlə razılaşdırılmalı olan məsələlərdə şəxsi mövqeyini ön plana çıxardığını da bildirirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri