Çoxmərtəbəli binalarda qazın verilməsi DAYANDIRILACAQ Elektrik tarifləri ARTACAQ?
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2035‑ci ilə qədər binalarda təbii qazla işləyən avadanlıqlardan imtina edilməsi planlaşdırılır.
Bu, texniki cəhətdən əlçatan olsa da, sosial-iqtisadi cəhətdən mürəkkəb görünür. Yəni, gələcəkdə qaz olmayan, alternativ enerji ilə işləyən binalara tələbat sual altına düşür.
Əmlak üzrə Ekspert Məmməd Qafarov məsələ ilə bağlı Bizim.Media-ya bildirdi ki, hazırda yeni tikililərdə qaz xətləri çəkilməmiş binalara tələbat digər binalarla müqayisədə daha azdır.
“Binada təbii qazın olması sakinlər üçün hazırki məqamda komfort deməkdir. Hətta müraciət zamanı ilk verdikləri sual binada qazın olub-olmamasıdır.
Elektriklə tam təchiz olunmuş binalarda qazsızma riski, partlayış potensialı olmasa da, baş vermiş hadisələr göstərir ki, kənar müdaxilələr zamanı hər hansı bədbəxt hadisə qaz olmadan da yaşana bilər. Təhlükə həmişə qaçılmazdır.
Elektrik sistemləri bu riskləri müəyyən dərəcədə aradan qaldıracaq. Amma elektriklə işləyən sistemlərə keçid elektrik şəbəkələrində əlavə yük yarada bilər”.
Ekspert bildirir ki, dünyada artıq yeni binalara qaz xətti çəkilmir, alternativ enerji sistemlərindən, istilik nasoslarından istifadə edirlər.
Elektrikləşmə və istilik nasoslarına keçilmə qlobal karbon qazının azaldılması strategiyasının bir hissəsidir. Azərbaycanda da yeni tikiləcək binalarda qaz çəkilişinin tamamilə dayandırılması ehtimalı müzakirə olunur.
Mütəxəssis həmçinin diqqətə çatdırdı ki, elektrik sisteminin gələcəkdə normadan artıq yüklənməsinin qarşısını almaq üçün modernləşdirmə lazım gələcək. Yeni elektrik tələbi tariflərin artmasına səbəb ola bilər.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 27 Noyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















