Icma.az
close
up
RU
Çoxuşaqlı ailələrə hansı güzəşt var? Ayda 840 manat ala bilərlər

Çoxuşaqlı ailələrə hansı güzəşt var? Ayda 840 manat ala bilərlər

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin 8 ayında 2152-si əkiz, 78 üçəm doğulub. 

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Bildirilib ki, cari ilin səkkiz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 min 698 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,3-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. 

Doğulan körpələrdən 2152-si əkiz, 78-i isə üçəm olub. Qeyd edək ki, Sovet dövründə çoxuşaqlı ailələr üçün müxtəlif güzəştlər tətbiq olunurdu. Məsələn, 10 uşaqlı qadınlar “Qəhrəman ana” medalı, avtomobillə təmin edilirdilər. Son vaxtlar isə ölkədə çoxuşaqlı ailələrin sayı azalsa da, üçəm, hətta beşəm doğulan uşaqların sayı artıb. Hazırda həmin ailələrə hansı güzəştlərdən yararlana bilirlər? 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni doğulan hər uşağa görə 600 manat birdəfəlik müavinət, beşdən çox uşaq doğub tərbiyə edən qadınlara hər uşağa görə 140 manat aylıq müavinət verilir və bu müavinətlərin məbləği son 7 ildə müvafiq olaraq 6,6 və 4,7 dəfə artırılıb: 

“Eyni zamanda, beş və daha çox uşaq doğub böyütmüş qadınların pensiya yaşı həddindən 5 il daha tez yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə beş və daha çox uşağı 8 yaşınadək tərbiyə edən ataların da 5 il daha tez yaşa görə əmək pensiyası almaq hüququ yaranır. 

Ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olduqda ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunur. Hazırda bu proqramla əhatə olunan ailələrdəki ailə üzvlərinin əksər hissəsi də uşaqlardır”.
Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Çoxuşaqlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri