Icma.az
close
up
RU
Çoxuşaqlı müğənnilərin “sirri” FOTOLAR

Çoxuşaqlı müğənnilərin “sirri” FOTOLAR

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan musiqi səhnəsində parlayan xanım ifaçıların həyatı çox vaxt konsertlər, kliplər və mükafatlarla ölçülür. Halbuki onların bir qismi səhnə uğurları ilə yanaşı, böyük və məsuliyyətli bir “ana missiyası” da daşıyır. Çoxuşaqlı ana olmaq - xüsusilə də daim diqqət mərkəzində olan sənət adamı üçün - həm fiziki, həm də emosional baxımdan böyük güc tələb edir. Həm məşhurluq, həm də çoxuşaqlı ana olmaq heç də asan deyil. Elələri oldu ki, uşaq dünyaya gətirdikdən sonra sənətindən uzaqlaşır. İfası və səsiylə məşhurluq qazanan bəzi müğənnilər isə çoxuşaqlı olmalarına rəğmən sənətdən uzaqlaşmayıblar.
Modern.az saytı bu yazıda müğənnilərin sənətindən deyil, çoxuşaqlı olmasında bəhs edir. 
Əslində “çoxuşaqlı” sözü burda nisbi mənada işlənir. Söhbət 1 və 2 uşaqğlı müğənnilərlə müqayisədə daha çox - 4-5 uşaq sahibi olan sənətçilərdən gedir. Yeri gəlmişkən, hazırda Azərbaycan qanunvericiliyinə görə, 6 və daha çox uşağı olan analar çoxuşaqlı hesab olunurlar. Həmin hər uşaq üçün 140 manat aylıq sosial müavinət verilir.

Müğənni Xuraman Şuşalı 4 övlad anasıdır. Elçin adlı rejissorla evli olan sənətçinin 2 qızı, 2 oğlu var. İfaçı müsahibələrində dəfələrlə bildirib ki, analıq onu daha da həssas, səbirli və həyatsevər edib. Səhnədə emosional görünən müğənni evdə övladları ilə vaxt keçirməyi ən böyük xoşbəxtliyi sayır.

Müğənni Elnarə Xəlilova da 4 uşaq anasıdır. Dövlət Sərhəd Xidmətinin kapitanı olan sənətçinin həyat yoldaşı Rövşən Cahangirov da hərbi rütbə daşıyır: o, Dövlət Sərhəd Xidmətinin mayorudur.
Sənətçi hesab edir ki, ana sevgisi qadına həm daxili güc, həm də yaradıcılıq enerjisi verir
Elnarə Xəlilovanın 1 qızı, 3 oğlu var: Burlaxatun, Tuğər, Harun, Öndər.
Sənətçinin oğlanları məktəbli, qızı isə universitetdə ikinci kurs tələbəsidir.

Xalq artisti Gülyanaq Məmmədova da yuxarıda adları çəkilən həmkarları kimi 4 övlad dünyaya gətirib. O, həm sənətdəki obrazı, həm də ailəsinə bağlılığı ilə seçilir. Ziya adlı şəxslə ailə həyatı quran müğənninin 3 oğul və 1 qız övladı var.

Məşhur xanəndə, Xalq artisti Mələkxanım Əyyubova 2 qız, 2 oğlan anasıdır - Hökümə, Nəzrin, Cəfər, Nicat. Sənətçinin həyat yoldaşı polkovnik Xosrov Nəcəfov Yol Polisində çalışıb. Xanəndənin övladlarından 3-ü artıq ailə həyatı qurublar, nəvələri var.

Əməkdar artist Fərqanə Qasımova (Xalq artisti Alim Qasımovun qızı-red.) 4 övlad anasıdır – 3 qız və 1 oğlan. Onun əvvəlcə Fatimə adlı qızı, ardınca isə üçəm övladı dünyaya gəlib: Mövlanə, Həlimə və Saleh. Xanəndənin iki qızı – Fatimə və Mövlanə artıq ərə gediblər. Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlamov hazırda həbsdədir, o, Cinayət Məcəlləsinin 180.2.4 (soyğunçuluq) və 178.3.2 (dələduzluq) maddəsi ilə təqsirli bilinərək, 9 il müddətinə azadlıqdan məhrum edilib.
 


Qalmaqallı müğənni Rəqsanə İsmayılova da “çoxuşaqlı ana”dır. Onun 4 övladı var: 3 qızı, 1 oğlu. Müğənnini ilk evliliyi Yaşar adlı şəxslə olub. Onun bu evlilikdən qızı Aysun İsmayılova dünyaya gəlib.
İfaçının 2-ci evliliyindən qızı Yağmur doğulub. Onun atasının adı mediada yayımlanmayıb.
Rəqsanə İsmayılovanın 3-cü evliliyi iş adamı Fazil Əmiraslanovla olub. Onların bu evlilikdə 2 övladı var: oğlu Məhəmmədəli və qızı Mihrimah.
2025-ci ilin dekabrında Rəqsanə İsmayılova mediaya açıqlamsında Fazil Əmiraslanovla da ayrıldığını bəyan edib.

Əməkdar artist Bəyimxanım Vəliyeva isə övladlarının sayına görə, yuxarıda adları çəkilən sənətçiləri geridə qoyub. Belə ki, o, 5 uşaq anasıdır. İfaçının 2 oğlu əkiz doğulub - Kəlam və Kənan. Bundan başqa, sənətçinin Ayla, Aylin adlı iki qızı və Amin adlı daha 1 oğlu var. Bəyimxanım Vəliyeva Azər Vəliyev adlı şəxslə evlidir.
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Mart 2026 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri