Icma.az
close
up
RU
Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ

Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ

Icma.az bildirir, News24 portalına istinadən.

Azərbaycanda "çoxuşaqlı ailə" anlayışının dəyişdirilməsi üzərində iş gedir. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, bir neçə dəfə ölkədə "çoxuşaqlı ailə" anlayışının 5 uşaqlıdan 3 uşaqlıya endirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsasən, çoxuşaqlı ailələr 5 və daha artıq uşağı olan ailələr hesab olunur:

 - "Əmək pensiyaları haqqında" Qanuna əsasən, 5 və daha artıq uşağı olan ailələrdə valideyn (ana-red.) 5 il daha tez pensiyaya çıxmaq hüququna malikdir. Eyni zamanda, "Sosial müavinətlər haqqında" Qanuna əsasən, 6 və daha çox uşağı olan ailələr aylıq olaraq çoxuşaqlı kimi sosial müavinət almaq hüququna malikdirlər. Qiymətləndirmələr göstərir ki, hazırda çoxuşaqlı ailə kimi sosial müavinət alan ailələrin sayı təqribən 7 mindən bir az çoxdur. Milli Məclisdə müzakirələr zamanı da təkliflərdən biri "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması və uşaq sayının mərhələli şəkildə azaldılmasının həyata keçirilməsi ilə bağlıdır”.

 V.Bayramov da bildirib ki, "çoxuşaqlı ailə" anlayışının 5-dən 3-ə endirilməsi təklif olunur:

“Bu nəticə etibarilə daha çox ailələrin çoxuşaqlı ailə kimi pensiya yaşı güzəştlərindən istifadə etməsinə, eyni zamanda, sosial müavinət almasına gətirib çıxara bilər. Nəzərə alsaq ki, müstəqillik dövründə ailələrdə uşaqların sayı SSRİ dövrü ilə müqayisədə azalıb, onda bu fakt "çoxuşaqlı ailə" anlayışına yenidən baxılmasını aktuallaşdırır. Ona görə də bu istiqamətdə təkliflər təqdim olunub, təkliflərin maliyyə qiymətləndirilməsinin hazırlanması və ona uyğun olaraq qərarların verilməsi məqsədəuyğundur. Düşünürük ki, sosial müavinət, eləcə də əmək pensiyaları ilə bağlı aparılan islahatların bir istiqaməti də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ola bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 Fevral 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri