Coy Lens Mikels karyerasında ilkə imza atdı
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misli Premyer Liqasının 2026/27 mövsümündə ilk het-trik qeydə alınıb. "Sabah"ın bombardiri Coy Lens Mikels Mikels "Zirə" ilə ev oyununda (5:0) üç dəfə fərqlənib. Sport24.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, həm də futbolçunun Premyer Liqada ilk het-triki olub.
Mikelsin 2-ci qolu onun Premyer Liqada rəqib qapılarından keçirdiyi yubiley – 60-ci top olub. Almaniyalı hücumçu bu rəqəmi 61-ə də çatdırıb. Ölkəmizdə yalnız "Sabah"da çıxış edən forvard debüt etdiyi 2021/22 mövsümündən indiyədək keçirdiyi 113 oyunda buna nail olub.
Mikels Azərbaycan çempionatları tarixinə yüksək dəstədə ən çox qol vuran legioner adına şərik çıxıb. O, gürcüstanlı Georgi Adamiyaya çatıb. Düzdür, Badri Kvaratsxeliya və Filip Ozobiç daha çox qol vurub, amma onların hər ikisi Azərbaycan millisində forma geyinib.
Mikels həm də Premyer Liqada vurduğu penaltilərin sayını 10-a çatdırıb. O, bu imkanların 9-dan yararlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 Sentyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















