Coy Lens Mikels: Çox çətin oyun oldu
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 26 avqust, AZƏRTAC
Çox çətin oyun oldu. Fikrimcə, biz bu qələbəyə layiq idik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah” klubunun hücumçusu Coy-Lens Mikels İsrailin "Hapoel" (Beer-Şeva) komandası üzərində UEFA Çempionlar Liqasının pley-off mərhələsində qazanılan 5:2 hesablı qələbədən sonra jurnalistlərə müsahibəsində deyib.
Futbolçu bildirib ki, komanda matç boyunca böyük iradə nümayiş etdirib: “Biz heç vaxt təslim olmuruq. İkinci oyun da “Orhus”a qarşı keçirdiyimiz matçdakı kimi bir hiss idi. Buraxılan qoldan sonra inana bilmirdik, amma sonda göstərdik ki, biz heç vaxt təslim olmuruq. Bu, xüsusi bir an idi. Çox qürurluyam. Hər şey fantastik idi, möhtəşəm idi.”
Qeyd edək ki, "Sabah" komandası iki oyunun nəticəsinə görə 6:4 hesabı ilə qələbə qazanaraq tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 26 Avqust 2026 00:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















