Icma.az
close
up
RU
ÇSKA kuboku qazandı, Akinfeyev və Nikoliç tarixə düşdü

ÇSKA kuboku qazandı, Akinfeyev və Nikoliç tarixə düşdü

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kubokun final matçı ilə Rusiyada futbol mövsümünə yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, bu dəfə “Lujniki”də “Rostov” ilə ÇSKA üz-üzə gəldi. “Rostov” region yolu, ÇSKA isə premyer-liqa yolu ilə finala yüksəlmişdi.
60 minə yaxın azarkeşin izlədiyi qarşılaşma maraqlı alınsa da, 90 dəqiqə ərzində qapılara qol vurulmadı. Hərçənd oyunun əvvəllərində Oblyakov baxımlı qol vursa da, təxminən 6 dəqiqə davam edən VAR incələməsinin ardından ofsayd qeydə alındı.
“Hərbçilər” üstün təsir bağışlasalar da, favorit statusunu doğrulda bilmədilər. Kubokda əlavə vaxt olmadığından tərəflər birbaşa penalti seriyasına keçdi. Burda isə bəxt Marko Nikoliçin komandasının üzünə güldü. “Rostov”un heyətində Bayramyanın zərbəsindən sonra top dirəyə tuiş gəldisə, Sutorminin zərbəsini təcrübəli Akinfeyev dəf etdi.
Sonda Qayiç həlledici zərbəni dəqiq yerinə yetirərək komandasına titul qazandırdı. Beləliklə, “hərbçilər” ölkə kubokunu son 3 ildə 2-ci, müstəqillik dönəmində isə 9-cu dəfə qazanmaqla bu göstəricidə rekordun sahibi olan “Lokomotiv”ə çatdılar. Bu 9 zəfərdən 8-də Akinfeyev də heyətdə olub. O, İqnaşeviç, Berezutski qardaşları və Elver Rahimiçi geridə qoyaraq bu titulu ən çox qazanan futbolçuya çevrildi. Ən əsası 39 yaşlı Akinfeyev karyerasında 22-ci titulunu qazanaraq İqnaşeviçi (21) geridə qoydu və müstəqil Rusiya futbolu tarixinin ən titullu oyunçusuna çevrildi!
Premyer-liqanı 3-cü pillədə başa vuran ÇSKA bu təqvim ilinin ilk yarısını çox yüksək səviyyədə keçirdi. Komanda 2025-ci ildə keçirdiyi 17 rəsmi oyunun yalnız birində - kubokda “Zenit”də məğlub oldu (10 qələbə, 6 heç-heçə). Nikoliç də adını Rusiya futbolu tarixinə yazdırmağa müvəffəq oldu. Daha öncə bu titulu “Lokomotiv”lə qazanan serbiyalı mütəxəssis Rusiya kubokunu iki fərqli klubla qazanan ilk məşqçi oldu!
Ümumilikdə ÇSKA tarixinin 36-cı titulunu qazandı və bu göstəricidə Rusiya futbolunda rekordçu olan “Spartak”dan cəmi iki titul geridədi. Onu da bildirək ki, superkubok uğrunda oyunda ÇSKA ilə premyer-liqanın yeni çempionu “Krasnodar” qarşılaşacaq.
final
Rostov – ÇSKA 0:0, p. - 3:4

ÇSKA: Akinfeyev, Qayiç, Diveyev, Roşa, Moyzes, Kislyak, Bistroviç (Fayzullayev, 73), Oblyakov, Pyaniç, Koyta (Musayev, 67), Qurariapa (Qlebov, 87).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 İyun 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see605

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see447

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see355

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see268

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see241

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see237

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see234

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see233

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see231

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see228

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see215

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see213

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see209

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see209

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see197

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see194

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see193

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see179

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see171

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri