Cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün tədrislər davam edir
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Cüdo Federasiyası, Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında bağlanmış Anlaşma Memorandumuna əsasən, cüdo məşqçiliyi üzrə təhsil alan 2-ci kurs tələbələri üçün tədris xarici ekspertlərin iştirakı ilə davam edir.
"Report" xəbər verir ki, tədris prosesinə Hertfordşir Universitetinin professoru Dr. Mayk Kallan və yerli, eləcə də xarici ekspertlər cəlb olunub.
Praktiki dərsləri xarici mütəxəsis Avropa Cüdo Birliyinin təhsil komissiyasının üzvü və Olimpiya mükafatçısı Nuno Delqado, yerli mütəxəssislər Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının eksperti Rüstəm Orucov, dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov, məşqçi Samir İsmayılov keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 22 Yanvar 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















