Qubada cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün xüsusi proqramın nəzəri dərsləri başlayıb
Cbcsport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Cüdo Federasiyası (ACF), Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında imzalanmış üçtərəfli anlaşma memorandumuna əsasən Qubada cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün xüsusi proqramın nəzəri dərsləri başlayıb.
Yerli mütəxəssislərindən Orxan Səfərov “Cüdo üzrə təlimatçının rolu və məsuliyyətləri”, britaniyalı ekspert Bob Çallis isə “Cüdoda sağlamlıq və təhlükəsizlik” mövzusunda seminarlar keçiblər.
Proqram çərçivəsində Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərliyi ilə praktiki cüdo dərsləri də keçirilir.
Təşəbbüsün əsas məqsədi məşqçilik ixtisası üzrə təhsil alan tələbələrin beynəlxalq standartlara uyğun bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Qeyd edək ki, proqramda 60-dan artıq tələbə iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 20 İyul 2025 05:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















