Icma.az
close
up
RU
Cüdo millimizdə qalmaqal: “Zelim Kotsoyevin qardaşıdır deyə, məni qovdular”

Cüdo millimizdə qalmaqal: “Zelim Kotsoyevin qardaşıdır deyə, məni qovdular”

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Cüdo üzrə millimizin üzvü Şamil Tuncay yığma komandadan uzaqlaşdırılıb.

Buna onun Aslan Kotsoyevlə yaşadığı insident səbəb olub. Tərəflər arasında baş verən münaqişədən sonra Tuncay millinin düşərgəsindən kənarlaşdırılıb. 

O, məsələ ilə bağlı Apasport.az saytına müraciət edib. 

İdmançı bu qərarın haqsız olduğunu bildirib: "Ölkəni beynəlxalq yarışlarda layiqincə təmsil etməyimə (2025 – “Berlin Junior European Cup” – 1-ci yer, 2025 – “Berlin Junior European Cup” – 1-ci yer, 2025 – “Poznan Junior European Cup” – 2-ci yer, 2024 – “Graz Junior European Cup” – 1-ci yer, 2024 – “Malaga Junior European Cup2 – 3-cü yer, 2024 – “European Judo Championships” (Juniors), Tallinn – 3-cü yer, 2023 – “Goygol Cadet European Cup” – 3-cü yer) baxmayaraq, heç bir təqsirim olmadan milli komandadan uzaqlaşdırılmışam.

Belə ki, 31.07.2025-ci il tarixində Makedoniyaya yarışa gedərkən komandanın digər üzvü Aslan Kotsoyevlə yaranmış kiçik mübahisədə Kotsoyev mənə qarşı fiziki şiddət göstərmiş, güc tətbiq etmiş və hadisə hava limanının müşahidə kameralarında lentə alınmışdır. Bütün bu sübutlara rəğmən Cüdo Federasiyasının rəsmiləri Kotsoyev barəsində heç bir tədbir görmədən təqsirim olmadığı halda məni komandadan uzaqlaşdırmaq qərarına gəlmişlər”.

Tuncay həmin münaqişədən sonra federasiya tərəfindən təzyiqlərə məruz qaldığını söyləyib: “Federasiya rəsmiləri tərəfindən mənə dəfələrlə Aslan Kotsoyevin adının hallandırılmaması ilə bağlı təzyiqlər göstərilmişdir.

Mənə qarşı qərəzli mövqe 22.06.2025-ci il tarixində Berlində keçirilən beynəlxalq yarışda Aslan Kotsoyevi məğlub etməyimdən sonra başlamışdır. Bu qalibiyyət hətta baş məşqçi Rüstəm Alimlinin də xoşuna gəlməmiş və həmin arenada mənə qarşı soyuq münasibət göstərmişdir.

Olimpiya çempionu Zelim Kotsoyevin qardaşı olan Aslan Kotsoyevin mövqeyindən çıxış edən federasiya rəsmiləri məni komandadan uzaqlaşdıraraq Azərbaycan adından yarışlarda iştirak etmək hüququmu əlimdən almaqla hansı maraqlara xidmət etdiklərini açıq-aşkar sübut etmiş oldular”.

O, daha öncə də belə halların yaşandığını bildirib: “Əlavə etmək istəyirəm ki, federasiyada daha öncə də iki idmançı arasında ciddi insident yaşanmış və hər ikisi barəsində 3 ay komandadan uzaqlaşma qərarı qəbul edilmişdir. Amma hazırda hər ikisi komandanın üzvü kimi yarışlarda iştirak edirlər. Xüsusi vurğulamaq istəyirəm ki, o idmançılardan biri federasiya prezidentinin müşaviri Natiq Bağırovun şagirdi olduğuna görə həmin hadisəni ört-basdır etmişlər.

Elə bu hadisə də sübutdur ki, federasiya yaranmış vəziyyətləri obyektiv dəyərləndirmir və “hansısa” maraqlara xidmət edir. Çox güman ki, baş verən hadisələr barədə federasiya prezidentinə həqiqətlər təhrif edilmiş şəkildə məruzə edilir.

Mənə qarşı edilmiş haqsızlığın araşdırılmasını, ədalətin bərqərar olunmasını tələb edirəm. Əslində, bu mövzu barədə yazılı şəkildə ölkə başçısına da müraciət edəcəm".

Apasport.az saytı olaraq məsələ ilə bağlı Cüdo Federasiyasının mövqeyini öyrənmək istəsək də, qurumun mətbuat katibi Ülkər Abbasova sorğumuza və zənglərimizə cavab vermədi.

Mətbuat xidməti zəngimizi açmadığı üçün adıçəkilən idmançı Aslan Kotsoyev və məşqçi Rüstəm Alimlinin fikirlərini ala bilmədik. Buna baxmayaraq, əgər əlaqə saxlanılarsa, Cüdo Federasiyasının bu mövzuda mövqeyini işıqlandırmağa hazırıq.

Birinci Liqa klubunda üç yeni müqavilə - RƏSMİ Millimizin heyəti açıqlanıb “Karvan”ın futbolçusu Şri Lanka millisinə dəvət alıb “Neftçi” “Turan Tovuz”la üz-üzə - YENİLƏNİR “Sumqayıt” “Şamaxı”ya qarşı - YENİLƏNİR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://apasport.az
archiveBu xəbər 29 Avqust 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see138

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri