Icma.az
close
up
RU
Cüdo millimizdə qalmaqal: “Zelim Kotsoyevin qardaşıdır deyə, məni qovdular”

Cüdo millimizdə qalmaqal: “Zelim Kotsoyevin qardaşıdır deyə, məni qovdular”

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Cüdo üzrə millimizin üzvü Şamil Tuncay yığma komandadan uzaqlaşdırılıb. 

Buna onun Aslan Kotsoyevlə yaşadığı insident səbəb olub. Tərəflər arasında baş verən münaqişədən sonra Tuncay millinin düşərgəsindən kənarlaşdırılıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, O, məsələ ilə bağlı apasport.az-a müraciət edib. 

İdmançı bu qərarın haqsız olduğunu bildirib:

"Ölkəni beynəlxalq yarışlarda layiqincə təmsil etməyimə (2025 – “Berlin Junior European Cup” – 1-ci yer, 2025 – “Berlin Junior European Cup” – 1-ci yer, 2025 – “Poznan Junior European Cup” – 2-ci yer, 2024 – “Graz Junior European Cup” – 1-ci yer, 2024 – “Malaga Junior European Cup2 – 3-cü yer, 2024 – “European Judo Championships” (Juniors), Tallinn – 3-cü yer, 2023 – “Goygol Cadet European Cup” – 3-cü yer) baxmayaraq, heç bir təqsirim olmadan milli komandadan uzaqlaşdırılmışam.

Belə ki, 31.07.2025-ci il tarixində Makedoniyaya yarışa gedərkən komandanın digər üzvü Aslan Kotsoyevlə yaranmış kiçik mübahisədə Kotsoyev mənə qarşı fiziki şiddət göstərib, güc tətbiq edib və hadisə hava limanının müşahidə kameralarında lentə alınıb. Bütün bu sübutlara rəğmən Cüdo Federasiyasının rəsmiləri Kotsoyev barəsində heç bir tədbir görmədən təqsirim olmadığı halda məni komandadan uzaqlaşdırmaq qərarına gəliblər”.

Tuncay həmin münaqişədən sonra federasiya tərəfindən təzyiqlərə məruz qaldığını söyləyib: “Federasiya rəsmiləri tərəfindən mənə dəfələrlə Aslan Kotsoyevin adının hallandırılmaması ilə bağlı təzyiqlər göstərilib.

Mənə qarşı qərəzli mövqe 22.06.2025-ci il tarixində Berlində keçirilən beynəlxalq yarışda Aslan Kotsoyevi məğlub etməyimdən sonra başlayıb. Bu qalibiyyət hətta baş məşqçi Rüstəm Alimlinin də xoşuna gəlməyib və həmin arenada mənə qarşı soyuq münasibət göstərib.

Olimpiya çempionu Zelim Kotsoyevin qardaşı olan Aslan Kotsoyevin mövqeyindən çıxış edən federasiya rəsmiləri məni komandadan uzaqlaşdıraraq Azərbaycan adından yarışlarda iştirak etmək hüququmu əlimdən almaqla hansı maraqlara xidmət etdiklərini açıq-aşkar sübut etmiş oldular”.

O, daha öncə də belə halların yaşandığını bildirib: “Əlavə etmək istəyirəm ki, federasiyada daha öncə də iki idmançı arasında ciddi insident yaşanıb və hər ikisi barəsində 3 ay komandadan uzaqlaşma qərarı qəbul edilib. Amma hazırda hər ikisi komandanın üzvü kimi yarışlarda iştirak edirlər. Xüsusi vurğulamaq istəyirəm ki, o idmançılardan biri federasiya prezidentinin müşaviri Natiq Bağırovun şagirdi olduğuna görə həmin hadisəni ört-basdır ediblər.

Elə bu hadisə də sübutdur ki, federasiya yaranmış vəziyyətləri obyektiv dəyərləndirmir və “hansısa” maraqlara xidmət edir. Çox güman ki, baş verən hadisələr barədə federasiya prezidentinə həqiqətlər təhrif edilmiş şəkildə məruzə edilir.

Mənə qarşı edilmiş haqsızlığın araşdırılmasını, ədalətin bərqərar olunmasını tələb edirəm. Əslində, bu mövzu barədə yazılı şəkildə ölkə başçısına da müraciət edəcəm".

Məsələylə bağlı Cüdo Federasiyasının mövqeyini öyrənmək mümkün olmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Sentyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri