Icma.az
close
up
RU
Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib AZƏRTAC

Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 noyabr, AZƏRTAC

Qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir, Bakı İdman Sarayında təşkil olunan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yarışda mübarizə aparan 60 idman təşkilatı video vasitəsilə cüdo həvəskarlarına təqdim edilib.

Gənclər və idman nazirinin müavini Mariana Vasileva Azərbaycanda cüdonun inkişaf etdiyini bildirib. O, ölkə çempionatında çıxış edən kişi və qadın komandalarına uğurlar arzulayıb.

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu ölkə çempionatında ölkənin bütün regionlarından idmançıların çıxış etməsinin qürurverici hal olduğunu söyləyib. O, cüdo idman növünə göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə təşəkkür edib. R.Rəsullunun sözlərinə görə, bu qayğı nəticəsində cüdoçular "Paris-2024" Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etdilər.

Ardınca Azərbaycan cüdoçularının dünya, Avropa və Paris Olimpiadasındakı uğurlu çıxışları ilə bağlı videoçarx nümayiş olunub. Tədbir daha sonra bədii hissə ilə davam edib.

Qeyd edək ki, builki Azərbaycan çempionatı nüfuzlu “Böyük Dəbilqə” turniri səviyyəsində təşkil olunub. Təşkilatçılıqdan yarış standartlarına qədər hər bir detal ən yüksək keyfiyyəti əks etdirir və həm idmançılar, həm də tamaşaçılar üçün unudulmaz bir təcrübə təmin edir.

Ölkə çempionatında fərdi yarışların ilk günündə 7 çəkidə 178 cüdoçu medallar uğrunda mübarizə aparır. Qadınlar arasında 63, 70, 78, +78, kişilər arasında 60, 66 və 73 kiloqram çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək.

Cüdo üzrə Azərbaycan çempionatına dekabrın 1-də yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri