Cüdo, yunan Roma və sərbəst güləş üzrə ordu birinciliyi başa çatıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 18 fevral, AZƏRTAC
2026-cı ilin hazırlıq planına əsasən, Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən cüdo, yunan-Roma və sərbəst güləş üzrə ordu birinciliyi başa çatıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bağlanış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.
Tədbirdə çıxış edənlər bu cür yarışların Azərbaycan Ordusunun şəxsi heyətinin fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında əhəmiyyətini xüsusi vurğulayıb, qalib komandaları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Bildirilib ki, birincilikdə cüdo, yunan-Roma və sərbəst güləş üzrə 10 çəki dərəcəsində 11 komandadan ümumilikdə 297 idmançı mübarizə aparıb.
Yarışların hakimləri tərəfindən topladıqları xallara uyğun olaraq fərdi və komandalar üzrə qaliblər elan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 18 Fevral 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















