Yunan Roma və sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu barədə Ölkə.az-a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən bildirilib.
AGF-nin ölkədə yarış sayının və idmançıların təcrübəsinin artırılması strategiyası çərçivəsində baş tutan turnirdə 2016-2017 və 2018-2019-cu illərdə anadan olmuş kiçikyaşlı yeniyetmələr arasında sərbəst, 2013-2015 təvəllüdlü idmançılar arasında isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi yarışda 14 çəki dərəcəsi üzrə 60 güləşçi qüvvəsini sınayıb. İlk üç yerin sahibləri diplom və medalla mükafatlandırılıblar.
Birinciliyin keçirilməsində əsas məqsəd 17 Noyabr - Milli Dirçəliş Gününün qeyd edilməsi, yeniyetmələrin yarış təcrübəsinin artırılması və onların sağlam ruhda böyüməsinə şərait yaratmaq olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 21 Noyabr 2026 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















