Icma.az
close
up
RU
Cümə axşamlarının bir neçə rayonda ləğv olunması həmin evlərə verilmiş dəstəkdir İlahiyyatçı

Cümə axşamlarının bir neçə rayonda ləğv olunması həmin evlərə verilmiş dəstəkdir İlahiyyatçı

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Əvvəllər yas mərasimlərinin tərkibinə daxil edilən cümə axşamları bir neçə rayonda ləğv olunub. İsmayıllı və İmişlidə bəzi vaxtlarda cümə axşamlarının birinci və sonuncu olmaqla yalnız biri keçirilir. Yas mərasimləri əsasən üç, yeddi və qırx olmaqla təşkil olunur.
Ölən şəxsin ölümündən bir il keçdikdə isə bu, öz yaxınlarının iştirakı ilə təmtəraqsız qeyd olunur. Xatırladaq ki, cümə axşamlarının (bir cümə axşamı saxlanılmaqla) keçirilməsi Füzuli rayonunda da ləğv edilib.
Buna bu ilin yanvarından vətəndaş müraciəti əsasında qərar verilib.
Bununla bağlı ilahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, İslam dini əsrlər boyunca insanların xidmətində dayanır:
“Bu din insanların ən kədərli anlarında yanında olub, ən şad günlərində belə onlara istiqamət verib. Hərb meydanlarından tutmuş elm yuvalarına qədər İslamın istiliyini, ruhunu görmək mümkündür. Təbii ki, belə möhtəşəm bir dinin, mədəniyyətin qəbirə, qəbiristanlığa, məzarda yatan insana aid olan baxışları var. Hər zaman biz qəbirdə yatan əzizimizi, yaxınımızı, qohumumuzu məmnun etmək üçün müxtəlif yollar, istiqamətlər kəşf eləməyə çalışırıq. Amma ən uyğun olanı yenə də İslam dininin təlimatıdır. Bu baxımdan üç, yeddi, qırx eyni zamanda həftədə bir gün cümə axşamı olmaqla insanlar yas tutur. Sevgili peyğəmbərimiz bir hədisində buyurur ki, ölülərinizi xeyirlə yad edin. Əslində, bu hədis bizə çox dərin mənaları ehtiva edir. Bəzən düşünürük ki, vəfat edən şəxsə sanki xidmət edirik, amma ona əziyyət veririk”. 
O əlavə edib ki, qəbirin üzərində dəbdəbəli, ehtişamlı bir şey qurmaqla orada yatan insana fayda vermirik, ziyan veririk:
“Cümə axşamlarının bir neçə rayonda ləğv olunması həmin evlərə verilmiş dəstəkdir. Yas sahibi öz əziz adamını daim xatırlayır. Bəzən hər həftə toplu olaraq insanların gəlməyi həqiqətən bir çox ailələr üçün çətin olur. Bəzən illərlə həmin borcu ödəməyə məcbur olurlar. Cəmiyyət olaraq fəqir, imkansız insanlarımızın çiyinlərinə götürə bilməyəcəyi yükü qoymaqla doğru bir iş görmüş olmuruq.  İslam dinində qırx, yeddi, cümə axşamlarının olması mütləq deyil. Sadəcə üç gün yas var. Hər halda atılan addım təqdirəlayiq bir əməldir”. 
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Yanvar 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2081

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see284

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see228

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see204

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see194

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see178

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see148

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see141

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri