Icma.az
close
up
RU
Cümşüdün ölümü ilə bağlı məhkəmə başladı

Cümşüdün ölümü ilə bağlı məhkəmə başladı

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Nərimanov rayonunda “Baksol” yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündə təqsirli bilinən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı Coşqun İsgəndərov cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi olan anası Fəridə Abbasova və onun vəkili Mədinə Zeynalabdin qızı etiraz etməyiblər.

Təqsirləndirilən şəxsin vəkili Anar Ramazanov isə işin məhkəmə baxışına verilməsinə etiraz edib. Bildirib ki, təqsirləndirilən şəxslə müqaviləni ötən gün bağlayıb və cinayət işi ilə tanış deyil:

"Bəzi məsələlər var ki, onlar məhkəmənin hazırlıq iclası mərhələsində həll olunmalıdır. Buna görə də cinayət işi ilə tanış olmaq üçün hazırlıq iclasının təxirə salınmasının istəyirik. Çünki bəzi sənədlərin sübutlar siyahısından çıxarılması və ya işə əlavə olunması hazırlıq iclası mərhələsində həll olunur. Bizim də bəzi vəsatətlərimiz ola bilər. Təqsirləndirilən şəxsin öz vəkili olmayıb, buna görə işin necə getməsi ona tam aydın deyil".

Təqsirləndirilən Azər Cümşüdov bildirib ki, ibtidai istintaq zamanı ona dövlət hesabına vəkil təyin edilib, amma həmin vəkillə təması olmayıb.

Azər Cümşüdovun sözlərinə görə, baş verən olayın ona heç bir aidiyyəti yoxdur: "Mən özümü qətiyyən təqsirli bilmirəm. Cinayət işi ilə tanış olmuşam. Amma bəzi sənədlər işə əlavə edilməyib. Bu işin mənə heç bir aidiyyəti yoxdur. Həmin dövrdə orada işləməmişəm. Bu barədə sənədlər işə əlavə olunmayıb."

Hakim müdafiəçinin işlə tanış olması üçün hazırlıq iclasının davamını dekabrın 9-a təyin edib.

Qeyd edək ki, bu il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cələb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.

Xatırladaq ki, Cümşüd Cümşüdlü "Sab Azərbaycan"nın əməkdaşı olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Noyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri