Icma.az
close
up
RU
Cümşüdün kanalizasiyaya düşüb ölməsi ilə bağlı cinayət işi məhkəmə baxışına verildi

Cümşüdün kanalizasiyaya düşüb ölməsi ilə bağlı cinayət işi məhkəmə baxışına verildi

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Nərimanov rayonunda "Baksol" yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündə təqsirli bilinən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə A. Cümşüdovun vəkili Anar Ramazanov vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi A. Cümşüdov bu işdə təqsirkar deyil:

"2025-ci ilin mayın 15-də həmin ərazidə çökmə müəyyən edilib və həmin ərazi hasarlanıb, dayanıqlı işarələr qoyulub. Amma cinayət işinin materiallarından müəyyən edilir ki, cinayət işinin başlanmasına 10 mart tarixli əmrə istinad edilib. Amma qeyd olunan ərazidə işlərin görülməsi üçün 27 iyun tarixli əmrlə işin görülməsi barədə sənəd var. 10 mart tarixli sənədə necə istinad etmək olar. O zaman belə bir düşüncə yaranır ki, 10 mart əmri imzalanıb, iki ay 5 gün sonra çökmə müəyyən olunacaq. Buna görə də qeyd etmək istəyirik ki, 10 mart əmri ilə işlərin görülməsi sənədi başqa ünvan üçün nəzərdə tutulub. 10 mart əmri ilə 27 iyun əmrlini heç bir əlaqəsi yoxdur. Bundan başqa Azər Cümşüdovun həmin ərazidə təmir işlərinin aparılması mümkün deyildi. Çünki təmir işlərinin aparılması üçün vəsait ayrılmalıdır, bununla dərkənar olmalı idi. Azər Cümşüdov öz hesabına orada təmir işləri də apara bilməzdi. Hadisədən qısa müddət sonra ərazidə təmir işlərinin aparılması üçün təsdiq gəlib. İbtidai istintaq zamanı bu məsələdə araşdırılmayıb və üstü açıq qalıb".

Təqsirləndirilən Azər Cümşüdov deyib ki martın 10-da olan əmr başqa ünvanda olan ərazinin təmiri üçün nəzərdə tutulub: "Mayın 15-də hadisə baş verən ünvanda çökmə çəpərləmə işləri aparılıb. Mən bu işlə bağlı müstəntəq suallar verdim ki, nə etməliydim ki, onu yeməmişəm. Bu sualıma cavab verən olmayıb. Müdafiəçimin vəsatəti ilə razıyam".

Zərərçəkmiş Cümşüd Cümşüdlünün hüquqi varisi Fəridə Abbasova və onun vəkili Mədinə Zeynalabdin vəsatət etiraz etməyiblər. Onlar bu məsələni məhkəmənin mülahizəsinə veriblər.

Daha sonra hakim hazırlıq iclasının qərarını açıqlayıb. Təqsirləndirlilən şəxsin vəkili tərəfindən verilən vəsatət təmin edilməyib, işin məhkəmə baxışına verilməsi qərara alınıb.

Məhkəmə baxışı dekabrın 23-ə təyin edilib.

Qeyd edək ki, bu il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cələb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.

Xatırladaq ki, Cümşüd Cümşüdlü "Sab Azərbaycan"nın əməkdaşı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri