Icma.az
close
up
RU
Cütlüklər evlilikdən əvvəl psixoloji testdən KEÇƏCƏKLƏR? MÜHÜM AÇIQLAMA

Cütlüklər evlilikdən əvvəl psixoloji testdən KEÇƏCƏKLƏR? MÜHÜM AÇIQLAMA

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə gündür ki, ananın övladına işgəncə verməsini əks etdirən videogörüntü müzakirələrə səbəb olub. Valideynlərin öz uşaqlarına şiddət göstərməsi halları cəmiyyətdə ciddi narahatlıq doğurub. Bu kimi hadisələr, cəmiyyətin psixoloji sağlamlıq məsələlərinə daha çox diqqət yetirməsinə ehtiyac duyduğunu bir daha üzə çıxarır. Evlilikdən əvvəl psixoloji müayinələrin tətbiqi məsələsi də bu baxımdan gündəmə gələn ən mübahisəli mövzulardan biridir. Evlilikdən əvvəl tibbi arayış tələb olunması artıq bir çox ölkələrdə məcburi bir prosedur halına gəlib. Ancaq psixoloji müayinələr və testlərin tətbiqi hələ də geniş yayılmayıb. Bununla belə, psixoloji sağlamlıq, xüsusilə də ailə münasibətlərindəki rolu, son illərdə daha çox diqqət mərkəzinə çevrilib. Evlilikdən əvvəl psixoloji testlər cütlüklərin emosional vəziyyətlərini və münasibətlərin uzunmüddətli sağlamlığını təmin etmək məqsədilə tətbiq edilə bilər. Baş verən valideyn şiddəti halları və evlilikdə psixoloji sağlamlığın vacibliyi, psixoloji müayinələrin tətbiqinə daha ciddi yanaşılmasını zəruri edir.
Ekspertlər qeyd edir ki, bu cür hallar uşaqların fiziki və psixoloji inkişafına ciddi zərər vurur. Azərbaycan qanunvericiliyinə əsasən, övladlarına qarşı zorakılıq edən valideynlər inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Belə hallarda valideynlərin valideynlik hüquqlarından məhrum edilməsi mümkündür.
Mövzu ilə bağlı psixoloq Gülnar Orucova Bizim.Media-ya danışıb.
"Bizdə dövlət o zaman psixoloq xidməti verir ki, cütlüklər artıq boşanır. Bu da sırf barışdırmaq məqsədi daşıyır. Heç bir ödəniş etmədən xidmətdən istifadə edilir. Lakin mən çox istəyərdim ki, evlilikdən öncə bu iki insanın xarakteri tuturmu, evlilikdə hansı problemlər ortaya çıxa bilər və s. kimi amilləri nəzərə alıb, psixoloji müayinədən keçmək qanun çərçivəsində nizamlansın. Ana olmaq bir missiyadır. Bunu yerinə yetirmək lazımdır. Hər kəs uşaq dünyaya gətirə bilər, amma ana olmağı hər kəs bacarmır.
Ümumiyyətlə, ananın övladına şiddət göstərməsi onun psixoloji durumu ilə birbaşa bağlıdır. Azərbaycanda bəzi analar öz ərlərindən, qaynanalarından intiqam almaq üçün bəzən uşaqlarından istifadə edirlər. Bu, düzgün bir addım deyil. Ana ilə övladın yaş fərqi 20-22-ni keçməlidir. Bu olmadığı halda ana öz gəncliyini yaşaya bilmir və nəticədə övladına lazımi dəstəyi, qayğını verə bilmir. Övladı planlı şəkildə dünyaya gətirmək lazımdır.
Psixoloq hesab edir ki, hər kəs ailə qurmağa hazır deyil. Bəzilərinin buna psixoloji durumu icazə vermir.
“Qanunla qadağan olunsa belə, bu gün ölkəmizdə 16 yaşında, 18 yaşdan daha erkən bir vaxtda ailə quranlar var. Ağır cəzalar tətbiq olunmadığı üçün insanlar belə addımları atırlar. Ümumiyyətlə ana şiddət gördükdə övladına və ətrafındakılara şiddət yönəldir. Belə bir ifadə var: Yerin dibindən gələn meydanoxuma... Yəni uşaq vaxtında övladı alçaldırsan, əzirsən, təhqir edirsən. O da böyüyəndə yerin dibindən çıxır və cəmiyyətə qarşı meydan oxumağa başlayır. Bu, boş bir söz deyil”,- deyə o, qeyd edib.
Ayşən Rəhim, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Mart 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri