Efirdə biabırçı müzakirə: “Toydan əvvəl cütlüklər…” KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
“ARB” televiziyasında yayımlanan “Günü bu gün” verilişində qalmaqal yaşanıb.
KONKRET.az xəbər verir ki, buna səbəb verilişin aparıcısı Nigar Fərhadın qonaqlara ünvanladığı sual olub. Teleaparıcı soruşub ki, toydan əvvəl cütlüklər yaxınlıq yaşamalıdırmı? Bu sual isə efirdə iştirak edən ekspertlər arasında qalmaqal yaradıb.
Plastik-Rekonstruktiv-Estetik cərrah Mirəzim Zaidov sözügedən məsələyə münasibət bildirərək, buna normal baxdığını açıqlayıb.
“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri, müəllim Fatimə Hacıbəyli isə səsləndirilən fikirlə qətiyyən razılaşmayıb. Beləliklə, ekspertlər arasında mübahisə yaşanıb.
Qeyd edək ki, həmin mövzu sosial şəbəkələrdə də müzakirə edilib və cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri efirdə bu cür məsələlərin müzakirə edilməsini biabırçılıq adlandırıb və aparıcının ünvanına tənqidlər yağdırıblar. /yenisabah
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 26 Noyabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















