Çuxura düşüb ölən Cümşüdün anası: “Oğlumun 3 də bunlar bağda yeyib içirdilər”
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə "Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işi üzrə həbs olunmuş Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə dövlət ittihamçısının və vəkillərin təqsirləndirilən Azər Cümşüdova verilən sualları ilə davam edib. Təqsirləndirilən Azər Cümşüdov bildirib ki, sözügedən ərazidə mayın 14-də çökmə baş verdiyindən operativ idarənin göstərişi ilə sahə rəisi kimi ərazidə bərpa işləri görülməsinə başlayıb:
"Biz o ərazidən təxminən 800 m aralıda iş görmüşük. Məlumat gəlmişdi ki, çökmə baş verib, gedib oranı lentlə çəpərlədik, şəkillərini çəkdik. İyun ayının 14- nə kimi burada bərpa işlərimiz davam edib. Kosmetik bərpa işini biz etməmişik, həmin ərazidə yerləşən şirkət, obyekt sahibləri dik qoyublar. Hadisədən 22 gün əvvəl rəhbərlik bizi oradan çıxartdı ki "Daha sizlik bir iş yoxdur burada". Baş verən ölüm hadisəsinin cavabdehi istismar sahəsidir. Mən gedib orada gözətçilik edəsi deyildim ki? Əgər zərrə qədər günahkaramsa, cəzamı onqat çəkməyə hazıram".
Zərərçəkən Fəridə Abbasova belə danışıb: "Əgər günahları yoxdursa, nə səbəbə ürəyi dağlı bir ananın yanına gəlmək yerinə dəfn gününün sabahı Azərsunun sabiq vəzifəli şəxsi olan qaynım Vidadi Abbasovun Novxanıdakı bağ evində yeyib içiblər? Guya mənim oğluma üç mərasimi verirmişlər. Mən də həmin vaxt təkbaşıma oğlumun məzarı başında yana-yana ağlayırdım. Qaynımgil indiyənə kimi bu işi ictimailəşdirdiyimə görə mənə hədə-qorxu gəlirlər. Su kanalı idarəsindən İntiqam kimdirsə, qaynımla mənə xəbər göndərib ki, nə xeyri var bu qədər hay-küy salmağının? Onsuz da uduzan sən olacaqsan, yazığın birini tutub ilişdirəcəklər, sən küy salmağınla qalacaqsan. Mən oğlumun damla qanının hesabını soruşacağam".
Növbəti proses 17 fevral saat 10:00-a təyin olunub.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 03 Fevral 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















