Cüzeppe Rossi: “Nyukasl” “Barselona”nı fiziki güclə dayandıra bilər
Icma.az, Idman.biz saytına istinadən bildirir.
İngiltərənin “Nyukasl” futbol komandasının sabiq forvardı Cüzeppe Rossi Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Nyukasl” - “Barselona” oyunu barədə maraqlı proqnozlar verib. Karyerası ərzində 139 qol vuran italyan ulduz keçmiş komandasının bu çətin sınaqdan necə üzüağ çıxa biləcəyinin yolunu göstərib.
İdman.Biz “Sports Mole” nəşrinə istinadla xəbər verir ki, Rossi Kataloniya klubunun favorit olduğunu düşünsə də, ingilislərin şansını yüksək qiymətləndirib.
Rossi bildirib ki, “Nyukasl”ın əsas silahı fiziki oyun və erkən qol olmalıdır:
“Barselona” hər zaman çətin rəqibdir, mən onların oyun üslubunun pərəstişkarıyam. Düşünürəm ki, cütün favoriti onlardır. Lakin “Nyukasl” rəqibin diqqətini dağıtmağın yolunu tapsa, işlər dəyişə bilər. Oyunu fiziki mübarizə müstəvisinə keçirmək və erkən qol vuraraq “Barselona” üzərində təzyiq yaratmaq lazımdır. Bu, mərhələni keçmək üçün ən yaxşı yoldur”.
Eddi Haun komandası öz meydanında istənilən rəqib üçün kabusa çevrilə bilir. Qeyd edək ki, tərəflər bu mövsüm qrup mərhələsində artıq qarşılaşıblar. Həmin oyunda “Barselona” 2:1 hesabı ilə qalib gəlmiş, qonaqların ikinci qolunu Markus Reşford uzaq məsafədən vurduğu möhtəşəm zərbə ilə rəsmiləşdirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 10 Mart 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















