“Barselona” “Nyukasl”ı darmadağın etdi
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında “Barselona” öz meydanında İngiltərənin “Nyukasl” klubunu qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, ilk oyunda qeydə alınan 1:1 hesablı heç-heçədən sonra “Kamp Nou”da əsl qol şousu yaşanıb.
Belə ki, Kataloniya təmsilçisi rəqibini 7:2 hesabı ilə darmadağın edərək adını növbəti mərhələyə yazdırıb.
“Barselona”nın heyətində qolları Rafinya (2), Robert Levandovski (2), Bernal, Lamin Yamal və Fermin Lopes vurublar. Gənc ulduzların və təcrübəli hücumçuların effektiv oyunu sayəsində “Barselona” rəqibinə heç bir şans tanımayıb.
Bu qələbə ilə 1/4 finala yüksələn “Barselona”nın növbəti rəqibi də artıq müəyyənləşib. Onlar bu mərhələdə “Tottenhem”i ümumi hesabda məğlub edən (ilk oyun 2:5) “Atletiko Madrid”lə qarşılaşacaqlar.
Xatırladaq ki, “Nyukasl” bundan öncəki pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıraraq, “Barselona”ya rəqib olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 19 Mart 2026 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















