Icma.az
close
up
RU
“CV”dəki yalanlar Kimi aldadırsınız?

“CV”dəki yalanlar Kimi aldadırsınız?

Icma.az bildirir, Lent az portalına istinadən.

İşin e-mail poçtunu açırsan bərbəzəkli, yüksək göstərişli "CV"lər gəlir. Məncə çoxunuz CV nədir bilirsiniz. Amma yenə xatırladım, “Curriculum vitae” latın sözüdür. Qısaldıb CV deyirik. Bura bacarıqlar, iş təcrübəsi, təhsil və təqdim olunan iş yeri üzrə digər lazımı məlumatlar yazılır. Yəni əslində çox ciddi bir sənəddir. Sənədə də yalnız doğrular yazılmalıdır.

Lent.az-da başıma gələn bir neçə hadisəni danışacam sizə. Görün bizdə bu sənədə hansı hörməti qoyurlar. Bir dəfə içaxtarandan CV gəlib yenə, sənəddə hər şey möhtəşəmdir, mənim diqqətimi isə onun rus dilini də ana dili kimi bilməyi çəkdi. İndiki gənclər daha çox ingilis dilinə üstünlük verirlər deyə, rus dilini yaxşı bilib, azərbaycanca səlis yazan jurnalist demək olar ki, çox azdır. Azərbaycanda hələ də rusdilli əhali kifayət qədər olduğu üçün, onların problemlərini də anlaya bilən jurnalist tapmaq həqiqətən hər saat “ələdüşən” deyil. Hər nə isə, tez sevincək bunu iş görüşməsinə dəvət etdik. Gələndə nə eşitsək yaxşıdır?.. Deyir ki, mən kiril əlifbasını bilirəm. Dedim bəlkə nə soruşduğumu anlamadı, başladım bununla rusca salamlaşmağa, hal-əhval tutmağa. Gözünü döyüb üzümə mat-mat baxırdı. Düzü əməllicə əsəbiləşdim. Səbrimi basıb onunla sakitcə vidalaşdıq. Amma bu hirs içimdə partladı. Ay bala, axı niyə yalan yazıb özünün də, mənim də vaxtımı itirirsən, əlavə stressə səbəb olursan? Bunu sadəcə səsli deyib, gənci həyatdan küsdürmək istəmədim.

Hələ bu harasıdır? Biri də CV göndərib, ay operativlik belə, bacarıq göydə uçur və sairə. Yenə sevindim. Zəng etmişəm övladım yerində olan işaxtaranımıza. Deyirəm sizi iş görüşməsinə dəvət edirik. Cavab verir ki, mən indi gələ bilməyəcəm. Xub. Fikirləşirəm ki, insanın önəmli işi ola bilər. Yenə deyirəm ki, bəs nə vaxt gələ bilərsiniz? Deyir mən manikür üçün lak rəngi seçməyə qərar verməliyəm, sevdiyim maqazində paltarlar endirimə düşüb hələ ora baxacam, bir iki gün keçsin və siz mənə şəxsi nömrənizi verin axşamların birində yığaram. Dedim, ay gözəlim, mən gündüz növbəsində çalışıram, axşam növbəsinin redaktoru isə işaxtaranlarla müsahibə etmir. Bundan başqa, sənin moda sektoruna bu cür marağın varsa, onları jurnalistikadan önə keçirə bilirsənsə, işi düzgün yerdə axtarmırsan. Məncə o gənc moda sahəsində daha uğurlu olar. Elə deyilmi?

Hələ biri var, bir CV yazıb ki, deyirsən bu gedib Günəşdən belə reportaj yazıb gətirə bilər. Onun yazdıqlarına görə, yanğın, filan baş verməmiş o, hadisə yerində olur. Düzü bu dəfə əlim-ayağım bir-birinə qarışdı ki, bunu itirməyək. Haradadırsa tez gəlsin ey. Yenə saf kimi zəng etmişəm. Deyir mənə “konum” at gəlim. Dillənirəm ki, ay qadası, saytın əlaqə bölməsində ünvan yazılıb da. Ən azı axtarış motorlarına APA GROUP yazırsan sənə məkanı göstərir. Dirəşib ki, yox ey “konum” at, başqa cür gələ bilmirəm. Soruşdum ki, bəs sabah səni ünvan ilə hadisə yerinə göndərsək, necə gedəcəksən? Dillənmir. Bir də bu nə səmimiyyət, özgüvəndir ki, tanımadığın birindən şəxsi nömrəsi ilə sənə məkan yeri göndərməkdə bu qədər israr edirsən? Hər nə isə yenə hirsim içimdə partladı, onunla sadəcə səssiz formada sağollaşdıq.

İşaxtaranlardan xahiş edirəm, nəyiniz varsa onu yazın CV-yə. Məni sevincək edib, sonra da bunu qursağımda buraxmayın. Əgər belə çox davam etsə, Milli Məclisdəkilərdən xahiş edəcəm ki, ölkədə CV-yə yalan məlumatlar yazanlara cəza tətbiq edilməsi ilə bağlı qanun layihəsi hazırlasınlar.

Deməli belə, sadəcə məsuliyyətli olmaq sizi ətrafa daha gözəl göstərəcək. Gedim baxım görüm, e-mailə indi kim nə yazıb?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 May 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see385

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see356

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see341

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see335

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see328

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see290

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see285

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see273

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see263

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see257

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see248

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see245

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see240

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see236

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see234

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see211

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see209

Süni intellektlə beyin əməliyyatı: Dünyada ilk uğur

28 Avqust 2026 22:43see208

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see200

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri